Şablon:7 avqust
Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə bir-bir Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
|
Tanınmış vokalist və müğənni Hakim Əkbərov 7 avqust 1996-cı il tarixdə Şəki rayonunun Kiş kəndində anadan olub. O, 2019 – 2023-cü illərdə Azərbaycan Milli Konservatoriyasında milli vokal ixtisası üzrə musiqi təhsili almışdır.
|
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi və Azərbaycan Dövlət Akademik Filarmoniyasının çəkməçisi Əli Əhmədov (1934–2016) 7 avqust 1934-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub. Bir sıra Azərbaycan klassik şairlərinin əsərlərini, o cümlədən, Nizaminin “Xəmsə”sini əzbər bilirdi. Müxtəlif vaxtlarda 20 şair onun haqqında şeir yazmış, dövri-mətbuatda onun haqqında 52 məqalə çap edilmişdir.
|
|
|
Sovet dövründə Nuxada (indiki Şəki) yaşamış və fəaliyyət göstərmiş tanınmış partiya, sovet və təhsil işçisi Qədir Əhmədov (1906–1968) 7 avqust 1968-ci il tarixdə – 61 yaşında, Şəkidə vəfat edib. O, müxtəlif illərdə Nuxa şəhər və rayon sovetlərinin icraiyyə komitələrinin sədri, Azərbaycan KP Nuxa şəhər Komitəsinin ikinci katibi, Nuxa şəhər 10 №-li orta məktəbinin direktoru, Nuxa şəhər Xalq Maarif Şöbəsinin müdiri və s. vəzifələrdə çalışmışdır.
|
|
|
|
|
|
Həmçinin, bax: Vizual/Mobil redaktə
Xülasə sayı: 3 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)


