Əhməd Nəbiyev (1885–+1970) — tanınmış maarifçi, maarif tədqiqatçısı, pedaqoq və etnoqraf.

Əhməd Nəbiyev
Nəbiyev Əhməd Əbdürrəhim oğlu
Əhməd Nəbiyev
Əhməd Nəbiyev.
Təvəllüdü 1 iyul 1885(1885-07-01)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi +1970
Vəfat yeri SSRİ
Vətəndaşlığı SSRİ
Təhsili Qori seminariyası, müəllimlik ixtisası (–1911)
Həyat yoldaşı Maral Əfəndiyeva-Nəbiyeva
Övladları Rüxsarə və İzzət
Mükafatları Lenin ordeni  — 1949

Haqqında məlumatlar Vizual/Mobil redaktə

1 iyul 1885-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1893 – 1899-cu illərdə Nuxada altıillik üsuli-cədid məktəbində təhsil alıb.

1899 – 1901-ci illərdə rus dili üzrə fərdi hazırlaşıb.

1901 – 1908-ci illərdə Bakıda Mixailovski məktəbində təhsil alıb.

1911-ci ildə Qori seminariyasını bitirib.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1911 – 1913-cü illərdə həyat yoldaşı Maral Əfəndiyeva-Nəbiyeva ilə birlikdə Karyagin qəzasının Qarğabazar kənd məktəbində,

1913 – 1919-cü illərdə Nuxa məktəblərində,

1920 – 1925-ci illərdə Nuxa qız seminariyasında,

1946 – 1957-ci illərdə Bakı şəhər 44 №-li orta məktəbində müəllim işləyib[qeyd 1].

1957-ci ildə – 72 yaşında, təqaüdə çıxıb.

Elmi fəaliyyəti Vizual/Mobil redaktə

Şəkidə təhsilin tarixi mövzusunda bir neçə məqaləsi çap olunmuşdur. Lakin Şəki haqqında bir neçə yüz dəftər səhifəsi həcmində qələmə aldığı tarixi-etnoqrafik yazıları isə heç vaxt çap olunmayıb.

Təltif və mükafatları Vizual/Mobil redaktə

Vəfatı Vizual/Mobil redaktə

1970-ci ildə həyatda idi. Vəfat etdiyi il məlum deyil.

Ailəsi Vizual/Mobil redaktə

Atası Əbdürrəhim Mahmud oğlu (1843–1927) zərgər idi. Anası isə savadsız bir qadın olub.

Rəşid bəy Əfəndiyevin qızı Maral Əfəndiyeva-Nəbiyeva (1889-1967) ilə evlənmişdir. O da tanınmış pedaqoq idi. Qızları Rüxsarə 1942-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra təyinatla V.İ.Lenin adına Nuxa İpək Kombinatına iqtisadçı işləməyə göndərilmişdir. Oğulları İzzət Nəbiyev texnika elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm və texnika xadimi, SSRİ Dövlət mükafatı laureatı olub.

Ailə fotoşəkilləri[qeyd 2] Vizual/Mobil redaktə

Qeydlər Vizual/Mobil redaktə

  1. ↑ Əhməd Nəbiyev 7 aprel 1964-cü il tarixdə öz əli ilə qələmə aldığı tərcümeyi-halında 1925 – 1946-cı illərdə harada və hansı vəzifədə işləməsi barədə məlumat vermir. Yalnız qeyd edir ki, 1925-ci ildə Bakıya köçmüş, 1943 – 1946-cü illərdə əvvəl iki il Qutqaşendə (indiki Qəbələ), sonra isə Nuxada yaşamış, 1946-cı ilin yanvar ayında yenidən Bakıya qayıtmış və Bakı şəhər 44 №-li orta məktəbində müəllim təyin olunmuşdur.
  2. ↑ Fotoşəkillər professor Ədalət Tahirzadə tərəfindən Şəki Ensiklopediyasına təqdim edilib.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Əhməd Nəbiyevin qələmə aldığı Şəki haqqında tarixi-etnoqrafik materiallar (əlyazma). — Müraciət tarixi: 11.11.2023.

Bildiriş Vizual/Mobil redaktə