Adil Hacıyev
Adil Hacıyev (1933–2017) — tanınmış inşaat mühəndisi; 1958-ci ildən Bakıdakı, 1969-cu ildən sonra isə Moskvadakı tikinti idarələrində müxtəlif vəzifələrdə, o cümlədən rəhbər vəzifələrdə çalışmış, bir sıra orden-medallarla, o cümlədən, «Moskvanın fəxri inşaatçısı» döş nişanı ilə təltif olunmuşdur. 2 dəfə Moskva şəhər sovetinin, 8 dəfə isə Moskva şəhər Voroşilov rayon sovetinin deputatı seçilib.
| Adil Hacıyev | |
|---|---|
| Hacıyev Adil Əli oğlu rus.: Гаджиев Адил Али оглы | |
| Adil Hacıyev, 1995-ci il. | |
| Anadan olub | 12 iyun 1933 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfat edib | 18 yanvar 2017 (83 yaşında) |
| Vəfat etdiyi yer |
Moskva, |
| Vətəndaşlıq |
|
| Təhsili | Azərbaycan Politexnik İnstitutu (1951–1955) |
| Mükafatları |
Fayl:Почетный строитель города Москвы.png |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
12 iyun 1933-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1941 – 1951-ci illərdə Nuxa şəhər M.Qorki adına 10-li orta məktəbində,
1951 – 1955-ci illərdə isə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1955 – 1957-ci illərdə Lvov şəhərində hərbi xidmətdə olarkən orada SSRİ Müdafiə Nazirliyinin 98 №-li hərbiləşdirilmiş inşaat trestində kiçik mühəndis vəzifəsində işləyib.
1957 – 1969-cu illərdə əvvəl Bakı Dövlət Layihə İnstitutunda (rus.: Бакинский Государственный Проектный Институт (Бакгипрогор)) mühəndis, daha sonra Bakı Baş Tikinti idarəsində mühəndis, sahə rəisi, baş mühəndis və s. vəzifələrdə işləmiş, o cümlədən (Главбакстрой) 1-ci inşaat idarəsinin (Su-1) rəisi olmuşdur.
1969 – 1993-cü illərdə Moskvadakı tikinti idarələrində müxtəlif vəzifələrdə, o cümlədən rəhbər vəzifələrdə işləmiş, uzun müddət “Mosstroy-34” tikinti idarəsinin baş direktoru olmuşdur.
Mükafatları Vizual/Mobil redaktə
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı, (1970);
- «Moskvanın fəxri inşaatçısı» döş nişanı (1999).
- “Rusiya Həmkarlar İttifaqının 100 illiyi” medalı (2005).
Vəfatı Vizual/Mobil redaktə
18 yanvar 2017-ci il tarixdə – 83 yaşında, Moskvada vəfat edib. Moskvada da dəfn olunub.
Ədəbiyyat Vizual/Mobil redaktə
- "О награждении нагрудным знаком "Почетный строитель Москвы"". http://docs.cntd.ru (русский). docs.cntd.ru. 23 Jul 2018 tarixində arxivləşdirilib.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |