Akif Əsədullayev
Akif Əsədullayev — tanınmış həkim-psixiatr; uzun müddət Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsində çalışmışdır.
| Akif Əsədullayev | |
|---|---|
| Əsədullayev Akif Fəxrəddin (Ənvər) oğlu | |
| Akif Əsədullayev, 2017-ci il. | |
| Anadan olub | 17 yanvar 1952 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vətəndaşlıq |
|
| İxtisası | həkim-psixiatr |
| Təhsili | Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, müalicə-profilaktika fakültəsi (1969–1975) |
| facebook səhifəsi | |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
17 yanvar 1952-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1969 – 1975-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1975 – 1988-ci illərdə Şəki Rayonlararası Psixiatriya Xəstəxanasında əvvəl həkim, sonra şöbə müdiri,
1988 – 2001-ci illərdə Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş vəzifəsində çalışıb.
Ədəbi-bədii yaradıcılığı Vizual/Mobil redaktə
Gənc yaşlarından “Akif Elşir” ədəbi təxəllüsü ilə şeirlər yazıb.
2023-cü ildə Azərbaycan Yazıçılar Birliyinin üzv qəbul edilib.
2024-cü ildə “Gedək haqqı daşımağa” adlı şeir və publisistika kitabı çap olunub.
Ailəsi Vizual/Mobil redaktə
Ailəlidir, 3 övladı, 4 nəvəsi var.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |