Alik Mirzoyev
Alik Mirzoyev (1946–2017) — tanınmış peşəkar heykəltəraş-bərpaçı, həvəskar şair, Odessa (Ukrayna) Marinistlər Cəmiyyətin vitse-prezidenti.
| Alik Mirziyev | |
|---|---|
| Mirziyev Alik Ələvsər oğlu rus.: Алик Мирзоев | |
| Alik Mirzoyev. | |
| Doğum tarixi | 12 noyabr 1946 |
| Doğum yeri |
Nuxa (indiki Şəki), |
| Vəfat tarixi | 2 dekabr 2017 (71 yaşında) |
| Vətəndaşlığı |
|
| Təhsili |
• M.B.Qrekova adına Odessa Rəssamlıq Məktəbi (1970–) • K.D.Uşinski adına Cənubi Ukrayna Milli Padaqoji Universiteti, bədii qrafika fakültəsi (1980–) |
| Atası | Mirzoyev Aləvsər Baba oğlu |
| Anası | Burnazaki Vera İvanovna |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
12 noyabr 1946-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
Odessa şəhər 36 nömrəli orta məktəbini bitirib.
1970-ci ildə M.B.Qrekova adına Odessa Rəssamlıq Məktəbinə daxil olub.
1980-ci ildən K.D.Uşinski adına Cənubi Ukrayna Milli Pedaqoji Universitetində təhsilini davam etdirib.
İctimai-siyasi aktivliyi Vizual/Mobil redaktə
1994-cü ildə Odessa Marinistlər Cəmiyyətinə üzv qəbul edilib.
2004-cü ildən həmin cəmiyyətin vitse-prezidenti olub.
2004-cü ildən Odessada şəhərindəki Puşkinski küçəsi – 12 ünvanında “Odessa İncəsənət Həyəti” adlı layihəsini həyata keçirməyə başlayıb və burada incəsənət sərgiləri, uşaq rəsm müsabiqələri, incəsənət lotereyaları və digər şəhər bayramları keçirib.
Uzun müddət Odessada zədələnmiş və vandalizmə məruz qalmış heykəllərin bərpası işi ilə məşğul olub.
Vəfatı Vizual/Mobil redaktə
2 dekabr 2017-ci il tarixdə – 71 yaşında, Odessada vəfat edib.
Ailəsi Vizual/Mobil redaktə
Atası Ələvsər Babayev 1939 – 1941-ci ildə Bakı Opera Teatrının rəssamı olmuşdur. Anası Vera Burnazaki milliyyətcə yunan idi.
Video Vizual/Mobil redaktə
Ədəbiyyat Vizual/Mobil redaktə
- Алик Мирзоев: Айболит, парикмахер, мастер маникюра – или просто человек, которому дорога Одесса (фото) : [arx. 12 May 2017 - 15 Aug 2024] : [rus.] // Громадсько-політична газета "СЛОВО". — 2015. — 19 ноября. — Müraciət tarixi: 08.12.2025.
- Алик Мирзоев : [rus.] // Эксклюзивные новости от Вячеслава Слисарчука. — 2023. — 22 июля. — Müraciət tarixi: 08.12.2025.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |