Almaz Məmmədova
Almaz Məmmədova — tanınmış pedaqoq, dil-ədəbiyyat müəllimi. Ədəbi-bədii yaradıcılıqla da məşğuldur və iki şeir kitabının müəllifidir.
| Almaz Məmmədova | |
|---|---|
| Məmmədova Almaz | |
| Almaz Məmmədova. | |
| Anadan olub | 16 iyul 1949 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Uşaqları | 4 qız (Şəlalə, Yeganə, İlhamə, Kəmalə) və 2 oğlan (Razim, İsmayıl) |
| Vətəndaşlığı |
|
| Təhsili |
• Şuşa Pedaqoji Texnikumu (–1968) • V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, filologiya fakültəsi (–1989) |
| Adının digər versiyaları | Almaz Mammadova, Almaz Memmedova, Алмаз Мамедова, Алмаз Мәммәдова |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
16 iyul 1949-cu il tarixdə Nuxada (indiki Şəki) pedaqoq ailəsində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1964-cü ildə Nuxa şəhər 11 №-li orta məktəbinin 8-ci sinfini bitirib.
1964 – 1968-ci illərdə Şuşa Pedaqoji Texnikumunda,
1984 – 1988-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1968 – 1993-cü illərdə Cəbrayıl rayonun Tatar kənd orta məktəbində,
1993-cü ildən sonra Şəki rayonunun Çeşməli kənd məktəbində dil-ədəbiyyat müəllimi işləyib.
Ədəbi-bədii və publisistik fəaliyyəti Vizual/Mobil redaktə
Gənc yaşlarından ədəbi-bədii yaradıcılıqla, publisistika ilə məşğul olub. Şeirləri dövri-mətbuatda çap edilib. Cəbrayılda çıxan “Kolxozçu” qəzetinin ştatdankənar müxbiri idi.
2006-cı ildə “Həsrət dolu ömür” adlı şeirlər kitabı,
2017-cı ildə isə “Nur çeşməsi” adlı şeirlər kitabı çap olunub.
İctimai-siyasi aktivliyi Vizual/Mobil redaktə
1993 – 2004-cü illərdə Şəki Şəhər Qadınlar Cəmiyyətinin idarə heyətinin üzvü olub.
Sovet dövründə və müstəqillik illərində Azərbaycan Qadınlarının qurultaylarının iştirakçısı olub və bu qurultaylarda çıxışlar edib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Orsər R. Almaz Məmmədova // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 515-518. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |