Arif Səmədov
Arif Səmədov (1946–2014) — biologiya elmləri namizədi, AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı.
| Arif Səmədov | |
|---|---|
| Səmədov Arif Niyazi oğlu | |
| Arif Səmədov. | |
| Təvəllüdü | 24 may 1946 |
| Anadan olduğu yer |
Bakı, |
| Vəfat tarixi | 13 sentyabr 2014 (68 yaşında) |
| Vəfat yeri |
Bakı, |
| Elm sahəsi | biologiya |
| Elmi dərəcəsi | biologiya elmləri namizədi |
| Atası | Niyazi Səmədov |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
24 may 1946-cı il tarixdə Bakıda anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1969-cu ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsini bitirib.
1970-ci ildə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının A.N.Severtsov adına “Heyvanların Təkamül Morfologiyası və Ekologiyası” İnstitutunun əyani aspiranturasına daxil olub.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
“Onurğasız heyvanların eko-fizioloji proseslərinin bioloji ritmi” mövzusunda dissertasiya müdafiə edib. 35-dən yuxarı elmi əsərin və bir müəlliflik şəhadətnaməsinin müəllifidir.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1969-cu ildən Şamaxı şəhər 1 №-li orta məktəbində biologiya və kimya müəllimi,
1973-cü ildən Azərbaycan SSR EA Zoologiya İnstitutunda kiçik elmi işçi,
1975-ci ildən Azərbaycan SSR EA Botanika İnstitutunun molekulyar biologiya və genetika sektorunda elmi işçi,
1983-cü ildən böyük elmi işçi,
1987-ci ildən Azərbaycan SSR EA Botanika İnstitutunun radiobiologiya laboratoriyasında əvvəl böyük elmi işçi, sonra aparıcı elmi işçi vəzifəsində,
2003-cü ildən həyatının son günlərinə qədər isə AMEA Radiasiya Problemləri İnstitutunda müxtəlif elmi vəzifələrdə çalışıb.
Digər Vizual/Mobil redaktə
30 ilə yaxın bir müddətdə AMEA-nın “Xəbərləri” jurnalının Biologiya elmləri seriyasının məsul katibi olub.
Vəfatı Vizual/Mobil redaktə
13 sentyabr 2014-cü il tarixdə – 68 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Məmmədov Ə., Xalıqov F. Səmədov Arif // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 503-504. — 1.000 nüsx.
- LAYİQLİ NƏSLİN LAYİQLİ ÖVLADI. — Müraciət tarixi: 03.01.2025.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |