Asif Rəhimov
Asif Rəhimov (1993–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
| Asif Rəhimov | |
|---|---|
| Rəhimov Asif Həsrət oğlu | |
| Asif Rəhimov. | |
| Təvəllüdü | 17 aprel 1993 |
| Doğulduğu yer |
Çayqaraqoyunlu, Şəki rayonu, |
| Vəfat tarixi | 3 noyabr 2020 (27 yaşında) |
| Vəfat yeri |
Tərtər rayonu, |
| Dəfn yeri |
Çayqaraqoyunlu kəndinin qəbiristanlığı, Şəki rayonu, |
| Vəfat səbəbi | döyüşdə şəhid olub |
| Vətəndaşlıq |
|
| Mənsubiyyəti |
|
| Atası | Həsrət Rəhimov |
| Anası | Könül Rəhimova |
| Həyat yoldaşı | Cəmilə |
| Uşaqları | Kənan və Yağmur |
| Hərbi fəaliyyəti | |
| Qoşun növü |
|
| Xidmət illəri | 2011 – 2013; 2020 |
| Rütbə |
|
| Vəzifəsi | piyadaların döyüş maşınında atıcı |
| Təltifləri |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
17 aprel 1993-cü il tarixdə Şəki rayonunun Çayqaraqoyunlu kəndində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
2000 – 2011-ci illərdə Çayqaraqoyunlu kənd tam orta məktəbində təhsil alıb.
Hərbi xidmətdə Vizual/Mobil redaktə
2011-ci ilin oktyabr ayından 2013-cü ilin aprel ayınadək Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətdə olub.
2020-ci ilin yanvar ayından Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilib və “N” saylı hərbi hissədə piyadaların döyüş maşınının atıcı olub.
27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsi zamanı Tərtər rayonunda – Ağdərə və Suqovuşan istiqamətlərində, gedən döyüşlərdə iştirak edib.
Şəhid olması Vizual/Mobil redaktə
3 noyabr 2020-ci il tarixdə – 27 yaşında, Ağdərə istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olub.
9 noyabr 2020-ci il tarixdə Çayqaraqoyunlu kəndinin qəbiristanlığında dəfn edilib.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Vətən uğrunda” medalı – ölümündən sonra (15.12.2020)[1];
- “Suqovuşanın azad olunmasına görə” medalı — ölümündən sonra (29.12.2020)[2];
- “Cəsur döyüşçü” medalı – ölümündən sonra (24.06.2021)[3].
Ailəsi Vizual/Mobil redaktə
Ailədə bir bacı, bir qardaş olublar. Ailəli idi, şəhid olarkən, 3 yaşlı oğlu və 1 yaşlı qızı vardı.
İstinadlar Vizual/Mobil redaktə
Ədəbiyyat Vizual/Mobil redaktə
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 29 Dec 2020 - 16 Feb 2022] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncamı : [arx. 24.06.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 24 iyun. — Müraciət tarixi: 09.12.2021.
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : ASİF Həsrət oğlu Rəhimov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
Videolar Vizual/Mobil redaktə
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |