Aydın Abbaslı — tanınmış seysmoloq, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Şəki Seysmik Stansiyasının müdiri.

Aydın Abbaslı
Abbaslı Aydın Qurban oğlu
Aydın Abbaslı
Aydın Abbaslı.
Təvəllüdü 11 may 1954 (1954-05-11) (72 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ→ Azərbaycan
İş yeri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Şəki Seysmik Stansiyası (müdir)
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, geoloji kəşfiyyat fakültəsi, dağ mühəndisi-geofizik ixtisası (1973 – 1978)
İxtisası seysmoloq, dağ mühəndisi-geofizik
facebook səhifəsi

Haqqında məlumatlar Vizual/Mobil redaktə

11 may 1954-cü il tarixdə Nuxada (indiki Şəki) pedaqoq ailəsində anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1971-ci ildə Şəki şəhər Nizami adına 7 №-li orta məktəbini bitirib.

1972 – 1973-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun hazırlıq fakültəsində,

1973 – 1978-ci illərdə isə həmin institutun geoloji kəşfiyyat fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1969 – 1970-ci illərdə orta məktəbdə oxumaqla bərabər Gənc Texniklər Stansiyasında aviamodel dərnəyinin rəhbəri,

1971 – 1972-ci illərdə Şəki İpək Kombinatında fəhlə,

1978-ci ilin oktyabr – dekabr aylarında Azərbaycan SSR Elmlər Akademiyası Geologiya İnstitutunun ‘’Geofizika’’ Elmi Mərkəzinin qravimetriya laboratoriyasında mühəndis,

1979-cu il yanvar ayının 1-dən 2005-ci ilin may ayının sonunadək Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Şəki Seysmik Stansiyasında əvvəl mühəndis, sonra geofizik, daha sonra müdir müavini vəzifəsində,

1993-cü ildə 1 ay Şəki şəhər İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsində çalışıb.

2005-ci ilin iyun ayindan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Şəki Seysmik Stansiyasının müdiridir.

Ailəsi Vizual/Mobil redaktə

Məşhur tarzən Əhmədbəy Tahirovun nəvəsi, hüquq elmləri üzrə fəlsəfə doktoru və baş ədliyyə müşaviri İlham Abbasovun isə kiçik qardaşıdır.

Evlidir. İki oğlu, dörd nəvəsi var.

Bildiriş Vizual/Mobil redaktə