Aydın Rzayev
Aydın Rzayev (1937–2014) — filoloq-alim, filologiya elmləri namizədi, pedaqoq; həyatının son illərində Bakı Dövlət Universitetində metodist-müəllim vəzifəsində çalışmış, daha əvvəl, bir müddət Azərbaycan Respublikası Prezidentinin Xarici Ölkələrlə Mədəni Əlaqələr üzrə müşavirinin referenti olmuşdur.
| Aydın Rzayev | |
|---|---|
| Rzayev Aydın Tahir oğlu | |
| Aydın Rzayev. | |
| Təvəllüdü | 31 dekabr 1937 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki) |
| Vəfat tarixi | 8 noyabr 2014 (76 yaşında) |
| Vəfat yeri |
Bakı, |
| Dəfn yeri |
Məhəmməd əfəndi qəbiristanlığı, Şəki, |
| Vətəndaşlığı |
|
| Elm sahəsi | filologiya |
| Elmi dərəcəsi | filologiya elmləri namizədi |
| Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi, aspirantura |
| Tanınır | Dədə Aydın |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
31 dekabr 1937-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1956-cı ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbini,
1971-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
1971-ci ildə təhsilini S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin aspiranturasında davam etdirməyə başlayıb.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
Filologiya elmləri doktoru, professor İ.Bektaşinin rəhbərliyi altında “Üzeyir Hacıbəyov və folklor” adlı mövzuda namizədlik dissertasiyası müdafiə edib. Bu elmi tədqiqat işi elmi şuranın qərarı ilə “Çağlayan bulaq” adlı kitab şəklində çap olunub.
100-dən artıq elmi, publisistik məqalələri mətbuatda dərc olunub. Bir sıra forum, simpozium, konfrans və sessiyalarda elmi məruzələrlə çıxış edib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1973-cü ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində əvvəl baş laborant, sonra isə digər vəzifələrdə çalışıb (2000-ci illərin əvvəllərində Bakı Dövlət Universitetində metodist-müəllim idi.).
Bir müddət Azərbaycan Respublikası Prezidentinin Xarici Ölkələrlə Mədəni Əlaqələr üzrə müşavirinin referenti olub.
Vəfatı Vizual/Mobil redaktə
8 noyabr 2014-cü il tarixdə – 76 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Məmmədov Ə., Xalıqov F. Rzayev Aydın // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 491-492. — 1.000 nüsx.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |