Azər Tağıyev (1948–2018) — tanınmış hüquqşünas, peşəkar vəkil, Azərbaycan Respublikasının əməkdar hüquqşünası, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü. 1989 – 1991-ci illərdə SSRİ Vəkillər İttifaqının katibi, 2004 – 2017-ci illərdə isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri olmuşdur.

Azər Tağıyev
Tağıyev Azər Cabir oğlu
Azər Tağıyev
Azər Tağıyev.
Anadan olub 25 aprel 1948(1948-04-25)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vəfat edib 30 aprel 2018 (70 yaşında)
Vəfat etdiyi yer Bakı, Azərbaycan
Atası Cabir Tağıyev
Vətəndaşlıq SSRİ→ Azərbaycan
Peşələri hüquqşünas, vəkil
İxtisası hüquqşünas
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi (1976–1983)
Fəaliyyət illəri 1974–2018
Mükafatları "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı — 2008

Haqqında məlumatlar Vizual/Mobil redaktə

25 aprel 1948-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

Nuxa Fəhlə-Gənclər Məktəbini bitirib.

1976 – 1983-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.

Hərbi xidmət Vizual/Mobil redaktə

1973 – 1974-cü illərdə Sovet ordusunda hərbi xidmətdə olub.

Əmək və peşə fəaliyyəti Vizual/Mobil redaktə

1963-cü ildən Nuxa Təmir-Tikinti İdarəsində fəhlə işləyib.

1969-cu ildən Azərbaycan SSR Ədliyyə Nazirliyinin tabeliyində olan müəssisədə,

1971-ci ildən Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda işləyib.

1974-cü ildən Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasında vəkil işləyib; o cümlədən,

1980-cü ildən həmin məsləhətxananın müdiri olub.

Müxtəlif təşkilat və komissiyalarda üzvlüyü Vizual/Mobil redaktə

1974-cü ildən Azərbaycan SSR/Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, o cümlədən,

1980-ci ildən Rəyasət Heyətinin üzvü,

1987-ci ildən Rəyasət Heyətinin sədr müavini,

1995-сi ildən Rəyasət Heyətinin sədri olub.

1989 – 1991-ci illərdə SSRİ vəkillər İttifaqının katibi olub.

1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü olub. Həmçinin, Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq İslahatı Komissiyasının və Qara dəniz İttifaqı Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Beynəlxalq Vəkillər Birliyinin Ali Şurasının da üzvü idi.

2004-cü ildən yeni təsis olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri olub; 2017-ci ildə səhhəti ilə bağlı olaraq sədr vəzifəsindən istefa verib.

Təltif və mükafatları Vizual/Mobil redaktə

Vəfatı Vizual/Mobil redaktə

30 aprel 2018-ci il tarixdə – 70 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Məmmədov Ə., Xalıqov F. Tağıyev Azər // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 531-533. — 1.000 nüsx.
  2. "Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sabiq sədri, vəkil Azər Tağıyevin vəfatı ilə bağlı nekroloq". https://barassociation.az/ (azərb.). Azərbaycan Respublikası Vəkillər Kollegiyasını. 3 May 2018 – 15 Aug 2020 tarixində arxivləşdirilib.

Bildiriş Vizual/Mobil redaktə