Cahangir Nəbiyev
Cahangir Nəbiyev — tanınmış tikinti mühəndisi, Şəki Şəhər İcra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri – baş memar, Şəki şəhər icra hakimiyyəti başçısının sabiq müavini və sabiq birinci müavini. Keçmiş komsomol təşkilatı və sovet işçisidir və vaxtilə, Azərbaycan LKGİ Şəki şəhər komitəsinin ikinci katibi olub.
| Cahangir Nəbiyev | |
|---|---|
| Nəbiyev Cahangir Şükür oğlu | |
| Cahangir Nəbiyev. | |
| Digər adları |
Nuxa (indiki Şəki), |
| Anadan olub | 15 may 1960 |
| Həyat yoldaşı | Nəbiyeva (Matveyeva) İrina Viktorovna |
| Övladları | Şərifova Oksana və Nəbiyev Tural |
| Atası | Nəbiyev Şükür Səlim oğlu |
| Anası | Nəbiyeva Laləzər Yaqub qızı |
| Vətəndaşlıq |
|
| Təhsili | Azərbaycan Mühəndis İnşaat İnstitutu (1977–1982) |
| Mükafatları |
|
| Adının digər versiyaları | Cahangir Nebiyev, Cahangir Nabiyev, Джахнгир Небиев, Джахнгир Набиев, Ҹаһанҝир Нәбијев |
| facebook səhifəsi | |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
15 may 1960-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1977 – 1982-ci illərdə Azərbaycan Mühəndis İnşaat İnstitutunda təhsil alıb.
Hərbi xidməti Vizual/Mobil redaktə
1982 – 1984-cü illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1982-ci ilin ikinci yarısında Azərbaycan Sənaye Tikinti Nazirliyi Şəki Tikinti İdarəsində usta,
1984-cü ilin ikinci yarısında bir neçə ay Şəki Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Yol-istismar İdarəsində fəhlə,
1984 – 1986-cı illərdə Şəki şəhər 43 №-li texniki peşə məktəbində komsomol təşkilatı rəhbəri,
1986-cı ildə Azərbaycan LKGİ Şəki şəhər komitəsinin komsomol təşkilatı şöbəsində təlimatçı,
1986 – 1988-ci illərdə Azərbaycan LKGİ Şəki şəhər komitəsinin ikinci katibi,
1988 – 1991-ci illərdə Şəki Şəhər Xalq Nəzarəti Komitəsində inspektor,
1991-ci ildə Şəki şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsində texniki nəzarətçi,
1992-ci ildə Şəki şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin təşkilati iş və daimi komissiyalar şöbəsində təlimatçı,
1993-cü ildə 1 ay Şəki şəhər İcra hakimiyyəti başçısının birinci müavini,
1993 – 1998-ci illərdə Şəki şəhər İcra hakimiyyəti başçısının müavini,
2009 – 2017-ci illərdə fərdi əmək fəaliyyəti,
2017 – 2022-ci illərdə “Memar-İnşaat-Dizayn” MMC-də smeta mühəndisi,
Şəki Şəhər İcra hakimiyyətinin memarlıq və tikinti şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.
2022-ci ildən Şəki Şəhər İcra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri – baş memardır.
İctimai-siyasi aktivliyi Vizual/Mobil redaktə
1990-ci ildə Şəki şəhər 69 №-li seçki dairəsindən 87 səs lehinə, 17 əleyhinə olmaqla Şəki Şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib.
1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Tərəqqi” medalı (23.06.2026).
Ailəsi Vizual/Mobil redaktə
Ailəlidir, bir oğlu və bir qızı var.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |