Cavanşir Feyziyev
Cavanşir Feyziyev — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. Daha çox biznesmen və oliqarx kimi tanınır. Həmçinin, elm, ədəbiyyat və mətbuatın himayəçisi və xeyriyyəçi kimi tanıdılır, lakin bu istiqamətlərdə fəaliyyəti əsasən yuxarı orqanların sifarişlərinin həyata keçirilməsi ilə məhdudlaşır və əhəmiyyətli layihələrə vəsait ayırması məlum deyil.
| Cavanşir Feyziyev | |
|---|---|
| Feyziyev Cavanşir Əyyub oğlu | |
| Cavanşir Feyziyev. | |
| Təvəllüdü | 12 iyul 1963 |
| Anadan olduğu yer |
Böyük Dəhnə, Vartaşen rayonu[qeyd 1], |
| Vətəndaşlığı |
|
| Milliyyəti | azərbaycanlı |
| Elmi dərəcəsi | fəlsəfə üzrə fəlsəfə doktoru |
| Təhsili | Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu, tərcümə fakültəsi (1986–1991) |
| Atası | Əyyub Bəşir oğlu Feyziyev |
| Mükafatları |
|
| saytının arxiv versiyası facebook səhifəsi |
|
2022-ci ildə Böyük Britaniyada onun özünün, oğlu Orxanın və qohumu Elman Cavanşirin Böyük Britaniya bank hesablarındakı 5,6 milyon funt sterlinq (7.56 milyon dollar) müsadirə edilmiş, sonra isə onların həmin ölkədəki 39,5 milyon funt sterlinq (50 milyon dollar) dəyərində 22 mülkünün üzərinə həbs qoyulmuşdur.
Haqqında məlumatlar Vizual/Mobil redaktə
12 iyul 1963-cü il tarixdə Vartaşen rayonunun[qeyd 1] Böyük Dəhnə kəndində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1970 – 1977-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində,
1977 – 1980-ci illərdə isə Orjonikidze (indiki Turan) qəsəbəsindəki riyaziyyat təmayüllü internat məktəbində,
1986 – 1991-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1991 – 1992-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdində “Linqvist” tədris-tərcümə mərkəzinin icraçı direktoru,
1992 – 1994-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə kafedrasında müəllim,
1994 – 1995-ci illərdə Belçikanın “Sərhədsiz həkimlər” humanitar təşkilatında tərcüməçi və inzibatçı,
1995 – 1998-ci illərdə ABŞ-ın “Philip Morris” şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri,
2002 – 2010-cu illərdə “AvroMed” şirkətinin baş direktoru[qeyd 1] vəzifələrində çalışıb.
Milli Məclisdə Vizual/Mobil redaktə
2010, 2015, 2020 və 2024-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin (müvafiq olaraq, IV, V, VI və VII çağırış) deputatı seçilib.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı – (2019);
- “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” medalı – (2019);
- “Şöhrət” ordeni (2023).
Həmçinin, bax: Vizual/Mobil redaktə
Qeydlər Vizual/Mobil redaktə
- ↑ 1,0 1,1 1,2 4 yanvar 1963-cü il tarixdə Nuxa rayonu ləğv edilmiş, 1965-ci ilin yanvar ayınadək Nuxa şəhəri istisna olmaqla keçmiş Nuxa rayonunun bütün ərazisi Vartaşen rayonunun tərkibində olmuşdur. Bundan sonra – 1965-ci ildə, bir müddət keçmiş Nuxa rayonunun ərazisinin yarısı Vartaşen, yarısı isə Qax rayonlarının tərkibində olub. 1965-ci ilin iyun ayında Nuxa rayonu əvvəlki hüdudlarında bərpa edilib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Qarayev Z. Gənc havadar // Dəhnə ziyalıları. — Bakı: Şuşa, 2000. — Səhifələrin sayı: 152. — Səh.: 80-84. — 500 nüsx.;
- Məmmədov Ə., Xalıqov F. Feyziyev Cavanşir // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 147-150. — 600 nüsx. — ISBN 5-8066-1708-4.;
- Orsər R. Cavanşir Feyziyev // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 683. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- Bioqrafiya : [arx. 14 Mar 2016 - 6 Jan 2021] // Cavanşir Feyziyev. — Müraciət tarixi: 12.07.2025.
- Cavanşir Feyziyevin “şəffaf biznes”indən ilginc faktlar: o, milyonları necə qazanıb? : [arx. 05.08.2025] // Bakupost.az. — 2022. — 8 fevral. — Müraciət tarixi: 05.08.2025.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |