Cumay İslamov
Cumay İslamov (1934–1993) — coğrafiya elmləri namizədi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti.
| Cumay İslamov | |
|---|---|
| İslamov Cumay İsa oğlu | |
| Cumay İslamov. | |
| Təvəllüdü | 15 may 1934 |
| Anadan olduğu yer |
Baş Göynük, Nuxa (indiki Şəki) rayonu, |
| Vəfat tarixi | 9 avqust 1993 (59 yaşında) |
| Vəfat yeri |
Bakı, |
| Vəfat səbəbi | şəkərli diabet |
| Dəfn yeri |
Biləcəri qəbiristanlığı, Bakı, |
| Vətəndaşlığı |
|
| Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, coğrafiya fakültəsi |
| Həyat yoldaşı | Səfiqə İslamova Həsənbala qızı |
| Övladları | Heydərova Yeganə və İslamov İsa |
| Atası | İslamov İsa İslam oğlu |
| Anası | Sərifova Mədinə Zəkəriyyə qızı |
| Adının digər versiyaları | Джумай Исламов, Ҹумај Исламов |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
15 may 1934-cü il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Göynük kəndində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
Nuxa şəhər 11 nömrəli orta məktəbini və S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
1980-cı ildə Abşeron yarımadasının landşaftı mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
Əvvəlcə orta məktəblərdə, daha sonralar isə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda/Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.
Vəfatı Vizual/Mobil redaktə
Ömrünün son illərində şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. Bir ayağı amputasiya olunsa da əmək fəaliyyətini davam etdirib. İkinci ayağının amputasiyası zamanı 9 avqust 1993-cü il tarixdə – 59 yaşında, Bakıda vəfat edib. Bakıda Biləcəri qəbiristanlığında dəfn olunub.
Digər Vizual/Mobil redaktə
Filologiya elmləri doktoru, professor, Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin müdiri Musa İslamovun (1924–1999) kiçik qardaşıdır.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |