Elgün Hüseynov — tanınmış futbol meneceri, Azərbaycanın futbol üzrə ikinci liqasında çıxış edən “Şəki” PFK-nun (“Sheki City” FC MMC) təsisçisi.

Elgün Hüseynov
Hüseynov Elgün Mafər oğlu.
Elgün Hüseynov
Elgün Hüseynov.
Şəxsi məlumatlar
Təvəllüdü 19 noyabr 1988 (1988-11-19) (37 yaş)
Doğulduğu yer Şəki, Azərbaycan SSR, SSRİ
Atası Hüseynov Mafər Mazay oğlu
Anası Hüseynova Həqiqət Nəsir qızı
Həyat yoldaşı Hüseynova Bəsti Aydın qızı
Uşağı Hüseynli Arda
Vətəndaşlığı SSRİ → Azərbaycan
İdman növü futbol
facebook səhifəsi

Haqqında məlumatlar Vizual/Mobil redaktə

19 noyabr 1988-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1995 – 2006-cı illərdə Şəki şəhər 20 nömrəli tam orta məktəbində təhsil alıb.

Hərbi xidmət Vizual/Mobil redaktə

2006 – 2008-ci illərdə həqiqi hərbi xidmətdə olub.

İdman fəaliyyəti Vizual/Mobil redaktə

Orta məktəbdə təhsil alarkən Şəki Uşaq-Gənclər İdman məktəbində futbol məşqlərinə gedib. Bir neçə dəfə yeniyetmələr arasında keçirilən futbol üzrə “Sevinc” kuboku uğrunda Şəki şəhər çempionatında iştirak edib.

2019-cu ildə Şəkidə “Marxal” futbol klubunu yaradıb və bu klubun qızlardan ibarət komandası həmin il yüksək liqada çıxış edib.

2022-ci ildə isə “Marxal” futbol klubunun kişilərdən ibarət komandası Azərbaycanın region liqasında çıxış edib və 42 komanda arasında 4-cü yeri tutaraq, ikinci liqaya vəsiqə qazanıb (bundan sonra futbol klubu əvvəlcə “Sheki City”, 2025-ci ildən isə “Şəki” PFK adlanıb).

Ailəsi Vizual/Mobil redaktə

Ailəlidir, bir oğlu var. Həyat yoldaşı Bəsti Hüseynova Şəkinin qızlardan ibarət komandasında çıxış edib, bir neçə dəfə milli komandaya dəvət olunub.

Bildiriş Vizual/Mobil redaktə