Fikrət Rəhimli
Fikrət Rəhimli — iqtisad elmləri namizədi, dosent, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tədris-metodiki şöbəsinin müdiri. Müxtəlif vaxtlarda Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda, Bakı Ali Partiya məktəbində də pedaqoji fəaliyyətlə məşğul olmuş, dosent, fakültə dekanı, prorektor və s. vəzifələr tutmuşdur.
| Fikrət Rəhimli | |
|---|---|
| Rəhimli Fikrət Əhməd oğlu | |
| Fikrət Rəhimli. | |
| Təvəllüdü | 6 yanvar 1954 |
| Anadan olduğu yer |
Bakı, |
| Vətəndaşlığı |
|
| Elmi dərəcəsi | iqtisad elmləri namizədi |
| Elmi adı | dosent |
| Təhsili |
• M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, iqtisadiyyat fakültəsi (–1976) • SSRİ Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat Universiteti əyani aspirantura (1978–1981) |
| Övladı | Kamran Rəhimli |
| Atası | Əhməd Rəhimli |
| Anası | Səyyarə Ələkbərova |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
6 yanvar 1954-cü il tarixdə Bakıda anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1976-cı ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib.
1978 – 1981-ci illərdə SSRİ Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat Universitetində əyani aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1982 – 1986-cı illərdə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Bakı şəhərinin sosial-iqtisadi inkişafı üzrə sahə elmi tədqiqat laboratoriyasında sənaye inkişaf şöbəsinin müdiri,
1986 – 1991-ci illərdə Bakı Ali Partiya Məktəbində dosent, fakültə dekanı,
1991 – 1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda sosial idarəetmə fakültəsinin dekanı, elmi işlər üzrə prorektor,
1999 – 2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə fakültəsinin dekanı, böyük elmi katib,
2008-ci ildən 2018-ci ilin sentyabr ayına kimi Azərbaycan Dövlət İqtisad Universitetin iqtisadiyyat (rus dilində) kafedrasında dosent vəzifəsində çalışıb.
2018-ci ilin sentyabr ayından M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında tədris-metodiki söbənin müdiri vəzifəsində çalışır.
İkinci iş yeri Vizual/Mobil redaktə
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq iqtisadiyyat və beynəlxalq iqtisadi münasibətlər fənləri üzrə mühazirələr oxuyur.
Stajirovka Vizual/Mobil redaktə
1994-cü ildə Dünya Bankının İqtisadi İnkişaf İnstitutunda 4 aylıq,
2006 – 2008-ci illərdə isə Fransanın Ali idarəçilik Milli Administrasiya məktəbində (ENA) 2 illik staj keçib.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
1981-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə edib və iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.
40-dan artıq elmi məqalənin və 2 monoqrafiyanın müəllifidir.
Ailəsi Vizual/Mobil redaktə
Evlidir, iki övladı və nəvələri var.
Ədəbiyyat Vizual/Mobil redaktə
- i.e.n., dos. Rəhimli Fikrət Əhməd oğlu : [arx. 11 Feb 2017 - 28 Jan 2021] // Azərbaycan Dövlət İqtisad Universiteti. — Müraciət tarixi: 10.11.2021.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |