Həmid Mustafayev
Həmid Mustafayev (1932–2011) — metallogeniya, geokimya və petrologiya sahələri üzrə görkəmli mütəxəssis, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar geoloqu, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA Geologiya İnstitutunun metallogeniya şöbəsinin müdiri.
| Həmid Mustafayev | |
|---|---|
| Mustafayev Həmid Veysəl oğlu | |
| Həmid Mustafayev. | |
| Təvəllüdü | 13 noyabr 1932 |
| Vəfat tarixi | 3 avqust 2011 (78 yaşında) |
| Vətəndaşlığı |
|
| Elm sahəsi | geologiya-mineralogiya |
| İş yeri | AMEA Geologiya İnstitutu, metallogeniya şöbəsi, müdir |
| Elmi dərəcəsi | geologiya-mineralogiya elmləri doktoru |
| Elmi adı | professor |
| Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, coğrafiya-geologiya fakültəsi (1951–1953) • M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, geologiya fakültəsi (1953–1956) • Mineralogiya, Geokimya, Nadir Elementlərin Kristallokimyası İnstitutu, aspirantura (Moskva, 1960–1963) |
| Atası | Veysəl Mustafayev |
| Üzvlüyü | AMEA, müxbir üzv |
| Mükafatları |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
13 noyabr 1932-ci il tarixdə Bakıda anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1951-ci ildə Bakı şəhər 7 №-li orta məktəbi bitirib.
1951-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin coğrafiya-geologiya fakültəsinə qəbul olunub.
1953 – 1956-cı illərdə təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin geologiya fakültəsində davam etdirib.
1960 – 1963-cü illərdə Mineralogiya, Geokimya, Nadir Elementlərin Kristallokimyası İnstitutunun aspiranturasında (Moskva) təhsil alıb.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
1965-ci ildə elmlər namizədi elmi dərəcəsini,
1975-ci ildə isə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsini alıb.
1992-ci ildə professor elmi adını alıb.
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
120-dən çox elmi əsəri, o cümlədən 5 monoqrafiyası (3-ü həmmüəlliflərlə) nəşr olunub.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1956 – 1960-cı illərdə SSRİ Geologiya Nazirliyinin Qırğızıstan və Azərbaycandakı istehsalat müəssisələrində işləyib.
1963-cü ildən Azərbaycan SSR EA Geologiya İnstitutunda çalışıb; o cümlədən,
1977-ci ildən laboratoriya müdiri,
1990-cı ildən metallogeniya şöbəsinin müdiri olub.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Azərbaycan Respublikasının əməkdar geoloqu” fəxri adı – uzun illər səmərəli işlədiyinə və geologiya elminin inkişafına böyük köməklərinə görə (7 iyun 1991-ci il).
Vəfatı Vizual/Mobil redaktə
3 avqust 2011-ci il tarixdə – 78 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Azərbaycan Respublikası Elmlər Akademiyasının akademik İ. M. Qubkin adına Geologiya İnstitutunun bir qrup işçisinə Azərbaycan Respublikasının adlarının verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI. http://www.e-qanun.az/. E-qanun.az (7 iyun 1991-ci il). Arxivləşdirilib (7 aprel 2021).
- Məmmədov Ə., Xalıqov F. Mustafayev Həmid // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 424-425. — 1.000 nüsx.
- Vəfat etmiş müxbir üzvlər / Mustafayev Həmid Veysəl oğlu. Azərbaycan Milli Elmlər Akademiyası. Arxivləşdirilib (18 Sep 2018 - 21 Jan 2021).
Həmçinin bax: Vizual/Mobil redaktə
Şəkixanovlərin nəsil şəcərəsi Vizual/Mobil redaktə
| Fətəli xan Məhəmmədhüseyn xan oğlu | Xurşid xanım (qubalı) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Kərim ağanın arvadı (Mollazədələrdən) | Kərim ağa Şəkixanov | Kərim ağanın arvadı (öz qulluqçusu) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Əbdülhəmid ağa | Mustafa ağa Şəkixanov | İsmayıl ağa | Cəfər ağa | Məmməd ağa | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Fatma | Hüseyn ağa | Mahiyə Kərim ağa qızı Şəkixanova | Bəhram ağa | Əşrəf aga, Hidayət aga, Əbülfət ağa, Telli və Güllü | Balacaxanım | İsmayıl Alıcanbəyov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Əli (Fətəli) xan, Hacı xan, Cəmil xan | Cəfər Cəfərov | Zeynəb | Qönçə Qazıyeva | Lütfiyyə Mustafayeva | Veysəl Mustafayev | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Dilşad | Elşad (qadın) | Məmləkət | Bəhram | Əşrəf | Hidayət | Rahilə | Əbülfət | Rauf və Fərid | Həmid və Namiq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |