Hicran Əliyeva
Hicran Əliyeva — tanınmış stomatoloq-həkim, ali dərəcəli cərrah-stomatoloq, ictimai fəal. 2025-ci ildə Xatirə Əkbərova onun haqqında “Peşəkar həkim, fədakar insan” adlı filim çəkmiş və filmin təqdimatı 9 fevral 2025-ci il tarixdə – Beynəlxalq Stomatoloq Günündə, Şəkidəki Çingiz Mustafayev adına klubda baş tutmuşdur.
| Hicran Əliyeva | |
|---|---|
| Əliyeva Hicran Qədir qızı | |
| Hicran Əliyeva. | |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfat edib | 17 yanvar 1952 |
| Həyat yoldaşı | Yusif |
| Övladları | Nəsib, Füruzə və Nigar |
| Atası | Qədir |
| Anası | Sidiqa |
| Vətəndaşlıq |
|
| Təhsili | N.Nərimanov adına Azərbaycan Tibb İnstitutu, stomatologiya şöbəsi (1969–1974) |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
17 yanvar 1952-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1959 – 1969-cu illərdə Nuxa/Şəki şəhər 8 nömrəli rus orta məktəbində,
1969 – 1974-cü illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun stomatologiya şöbəsində təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1974 – 1976-cı illərdə Şəki rayonunun Baş Laysqı kənd xəstəxanasında stomatoloq həkim və xəstəxananın baş həkimi əvəzi,
1976-cı ildən Şəki qarışıq tipli internat məktəbində stomatoloq həkim,
1977-ci ildən Şəki stomatoloji poliklinikasında şöbə müdiri,
1994 – 2003-cü illərdə isə Şəki stomatoloji poliklinikasının müdiri vəzifəsində çalışıb.
2003-cü ildə özünün şəxsi stomatoloji kiçik müəssisəsində diş həkimi olaraq əmək fəaliyyətini davam etdirir.
İctimai-siyasi fəaliyyəti Vizual/Mobil redaktə
1990-cı ildə 20 Yanvar faciəsi zamanı Şəkidə bütün ictimai binaların qara parçalarla örtülməsi üçün ipək kombinatından 500 metrdən çox parça alıb.
Şəki stomatoloji poliklinikasının müdiri olduğu dövrdə onun təşəbbüsü ilə Şəkidə stomatoloji xidmətlər ölkə üzrə ən aşağı taariflərlə həyata keçirilib. Stomatoloji poliklinikanın binasının əsas hissəsi Şəkinin vəzifəli şəxsi tərəfindən özəlləşdirilərək xaraba vəziyyətinə salındığı halda, poliklinikanın yardımçı otaqlarını özü özəlləşdirə bilərək həmin hissədə ölkə üzrə ən aşağı taariflərlə stomatoloji xidmətləri davam etdirir.
Ailəsi Vizual/Mobil redaktə
Ailəlidir, bir oğlu və iki qızı var.
Təltif və mükafatları Vizual/Mobil redaktə
“Ali dərəcəli cərrah-stomatoloq” adı (1977).
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |