Mirbala Səlimli
Mirbala Səlimli — tanınmış teatr və kino rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Şəki Dövlət Dram Teatrının rejissoru.
| Mirbala Səlimli | |
|---|---|
| Səlimli (Səlimov) Mirbala Seyidəsgər oğlu | |
| Mirbala Səlimli. | |
| Doğum tarixi | 5 aprel 1963 |
| Doğum yeri |
Qubalı, Şamaxı rayonu (hal-hazırda Hacıqabul rayonundadır, |
| Vətəndaşlığı |
|
| Həyat yoldaşı | Xatirə Səlimli |
| Peşələri | kino və teatr rejissoru, ssenarist. |
| Təhsili |
• Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, dram və kino aktyoru fakültəsi (1981—1985) • Boris Şukin adına Moskva Ali Teatr Məktəbi, rejissorluq fakültəsi (1990—1995) • Moskva Ali Ssenaristlər və Rejissorlar kursu, kino rejissorluğu sinfi (1999–2001) |
| Teatr | Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı |
| Mükafatları |
|
| facebook səhifəsi | |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
5 aprel 1963-cü il tarixdə Şamaxı rayonunun (hal-hazırda Hacıqabul rayonunun) Qubalı (Qubalıbaloğlan) kəndində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1970 – 1980-ci illərdə kənd orta məktəbində,
1981 – 1985-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsində,
1990 – 1995-ci illərdə Boris Şukin adına Moskva Ali Teatr Məktəbinin rejissorluq fakültəsində,
1999 – 2001-ci illərdə isə Moskva Ali Ssenaristlər və Rejissorlar kursunda kino rejissorluğu sinfində təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1985-ci ildən təyinatla Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına işləməyə başlayıb; o cümlədən,
1985 – 1990-cı illərdə aktyor,
1995 – 1997-ci illərdə quruluşçu rejissor,
9 iyun 1997-ci il tarixdən isə baş rejissor (2026-cı ildən rejissor) olub.
Yaradıcı fəaliyyəti Vizual/Mobil redaktə
1976-cı ildən dram dərnəyində həvəskar aktyor kimi fəaliyyət göstərib.
1978-ci ildən rayon xalq teatrının üzvü olub.
2000-ci ildən Moskvanın “Мir iskusstva” Yaradıcılıq Birliyi ilə əməkdaşlıq edir. 15-ə qədər sənədli film çəkib. 2002-ci ildə “Azərbaycanfilm”im “Debüt” studiyasında “Оdla qol-boyun” qısametraili bədii filmini lentə alıb. “Yaddaş” sənədli filmlər studiyasında “Şəki — tarixin naxışları” (2007), Rusiyanın “Savonarola” studiyasın- da “Olviya – xoşbəxtlik misteriyası” sənədli filmini (2010) çəkib.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adı (2012);
- Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatı (2009);
- Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatı – quruluş verdiyi “Sevgililərin cəhənnəmdə vüsalı” (İlyas Əfəndiyev) tamaşasına görə (2015).
Ədəbiyyat Vizual/Mobil redaktə
- Rəhimli İ. Mirbala Səlimli // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı: 383. — Səh.: 366-371. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |