Namiq Abdurahmanov
Namiq Abdurahmanov — AMEA Şəki Regional Elmi Mərkəzinin Rəqəmsallaşma və süni intellekt şöbəsinin müdiri.
| Namiq Söhrab oğlu Abdurahmanov | |
|---|---|
| Namiq Abdurahmanov. | |
| Anadan olub | 18 aprel 1991 |
| Anadan olduğu yer |
Şəki, |
| Atası | Abdurahmanov Söhrab Fərrux oğlu |
| Anası | Abdurahmanova Nəzakət Rəcəb qızı |
| Vətəndaşlıq |
|
| Təhsili | Gürcüstan Dövlət Texniki Universiteti, Hüquq və beynəlxalq münasibətlər fakültəsi, beynəlxalq münasibətlər ixtisası (2014–2018) |
| facebook səhifəsi | |
Haqqında məlumatlar
18 aprel 1991-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili
1998 – 2009-cu illərdə Şəki şəhər 8 nömrəli beynəlmiləl tam orta məktəbində,
2014 – 2018-ci illərdə isə Gürcüstan Dövlət Texniki Universitetinin Hüquq və beynəlxalq münasibətlər fakültəsində təhsil alıb.
Hərbi xidmət
2009 – 2011-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti
1 oktyabr 2019-cu il tarıxdən AMEA Şəki Regional Elmi Mərkəzində çalışır; o cümlədən,
2019 – 2020-ci illərdə laborant,
2020 – 2021-ci illərdə dəftərxana müdiri,
2021 – 2023-cü illərdə sənədlərlə iş şöbəsinin müdiri olub.
2023-cü ildən isə Rəqəmsallaşma və süni intellekt şöbəsinin müdiridir.
Ailəsi
Ailəlidir, bir qızı var.
Ədəbiyyat
- Abdurahmanov Namiq Söhrab oğlu : [arx. 6 Oct 2024 - 20 Apr 2026] // Şəki Regional Elmi Mərkəzi. — Müraciət tarixi: 31.10.2026.
Bildiriş
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |