Nazim Bilalov
Nazim Bilalov (1929–2001) — tanınmış mədəniyyət işçisi, teatr xadimi və aktyor, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının ilk direktoru.
| Nazim Bilalov | |
|---|---|
| Bilalov Nazim Məmməd oğlu | |
| Nazim Bilalov. | |
| Doğum tarixi | 25 aprel 1929 |
| Doğum yeri |
Nuxa (indiki Şəki), |
| Vəfat tarixi | 25 yanvar 2001 (71 yaşında) |
| Vəfat yeri |
Şəki, |
| Vətəndaşlığı |
|
| Təhsili |
• Nuxa Tibb Məktəbi, feldşer şöbəsi (1946–1949) • Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr/İncəsənət İnstitutu, mədəni-maarif fakültəsi (qiyabi, 1962–1968) |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
25 aprel 1929-cu il tarixdə Nuxada (indiki Şəki), fəhlə ailəsində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1935 – 1945-ci illərdə Nuxa şəhər 6 №-li orta məktəbində,
1946 – 1949-cu illərdə Nuxa Tibb Məktəbinin feldşer şöbəsində,
1962 – 1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr/İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində (qiyabi) təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1952-сi ilədək Bakı şəhər səhiyyə şöbəsində feldşer,
1953-cü ildən Azərbaycan dəmir yolunda sanitar epidemioloji qatarın rəisi,
1957 – 1975-ci illərdə Nuxa şəhər klubunun müdiri, Mirzə Fətəli Axundzadə adına Nuxa şəhər mədəniyyət evinin əvvəl bədii rəhbəri, sonra direktoru, Şəki şəhər Cəfər Cabbarlı adına mədəniyyət evinin direktoru,
1975 – 1993-cü illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışıb.
Digər Vizual/Mobil redaktə
Feldşer işlədiyi dövrdə Bakıda – tibb işçiləri mədəniyyət evində və Nuxa şəhər xalq teatrında aktyor kimi fəaliyyət göstərib.
Vəfatı Vizual/Mobil redaktə
25 yanvar 2001-ci il tarixdə – 71 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Rəhimli İ. Nazim Bilalov // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı: 383. — Səh.: 81-83. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |