Nizami İsrafilov
Nizami İsrafilov — Azərbaycan Silahlı Qüvvələrinin istefada olan polkovnik-leytenantı, Birinci Qarabağ müharibəsi iştirakçısı.
| Nizami İsrafilov | |
|---|---|
| İsrafilov Nizami Şəhriyar oğlu | |
| Nizami İsrafilov, 2019. | |
| Təvəllüdü | 1 yanvar 1959 |
| Doğulduğu yer |
Nuxa (indiki Şəki), |
| Vətəndaşlıq |
|
| Mənsubiyyəti |
|
| Təhsili | Çingiz İldırim adina Azərbaycan Politexnik İnstitutu, mexanika fakültəsi (1976–1981) |
| Hərbi fəaliyyəti | |
| Rütbə | polkovnik-leytenant |
| İstefada | 2015 |
| Təltifləri |
|
| facebook səhifəsi | |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
1 yanvar 1959-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1966 – 1976-cı illərdə Nuxa şəhər 11 №-li orta məktəbində təhsil alıb.
1976 – 1981-ci illərdə Cingiz İldırim adina Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsində təhsil alıb; institutu fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1981 – 1988-ci illərdə neft sənayesi sahəsində fəaliyyət göstərən nəqliyyat departamentində müxtəlif vəzifələrdə çalışıb.
1988 – 1992 ci illərdə DOSAF sistemində işləyib.
Hərbi xidmətdə Vizual/Mobil redaktə
1992 – 2015-ci illərdə Azərbaycan Milli Ordusunda zabit kimi xidmət edib; Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycanın dövlət sərhədlərinin MDB-nin yuridiksiyadından Azərbaycanın yurisdiksiyasına qəbul edilməsində iştirak etmiş, Azərbaycanın dövlət sərhədləri ilə bağlı müvafiq komissiyasının üzvü olmuşdur.
2015-ci ildən təqaüddədir.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- III dərəcəli “Qüsursuz xidmətə görə” medalı (30.08.2005);
- “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918 – 2008)” yubiley medalı (18.07.2008);
- II dərəcəli “Qüsursuz xidmətə görə” medalı (18.08.2009);
- “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919 – 2009)” yubiley medalı(18.08.2009);
- III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı (17.08.2012);
- I dərəcəli “Qüsursuz xidmətə görə” medalı (18.07.2013);
- “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918 – 2013)” Azərbaycan Respublikasının yubiley medalı (29.12.2013);
- “General Həzi Aslanov” yubiley medalı (Azərbaycan Respublikası Veteranlar Təşkilatı) (18.08.2019).
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |