Nuri Berköz
Nuri Berköz (1889–1975) — Türkiyə Hərbi Qüvvələrinin general-polkovniki.
| Nuri Berköz | |
|---|---|
| Bərköz Məmhəmməd Nuri Hacı İlyas oğlu türk.: Mehmet Nuri Berköz | |
| Nuri Berköz. | |
| Təvəllüdü | 1889 |
| Doğulduğu yer |
Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, |
| Vəfat tarixi | 16 yanvar 1975 (86 yaşında) |
| Vəfat yeri |
|
| Vətəndaşlıq |
|
| Mənsubiyyəti | Türkiyə Silahlı Qüvvələri |
| Atası | Hacı İlyas Sarıkərimli |
| Həyat yoldaşı | Ulviye Berköz |
| Uşağı | Sina Berköz |
| Hərbi fəaliyyəti | |
| Qoşun növü |
Quru Qoşunları, |
| Xidmət illəri | 1912–1950 |
| Rütbə | general-polkovnik |
| İstefada | 1950 |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
1889-cu ildə Nuxada (indiki Şəki) anadan olub.
1905-ci ildə ailəsi ilə Türkiyəyə köçüb.
Təhsili Vizual/Mobil redaktə
1905-ci ilədək Nuxa rus-tatar məktəbində və Nuxa gimnaziyasında təhsil alıb.
1905-ci ildən sonra Bursa hərbi məktəbini (Rüşdiyyə) və “İşıqlar” hərbi liseyini bitirib.
1909 – 1912-ci illərdə İstanbul hərbi akademiyasında təhsil alıb.
1919 – 1925-ci illərdə fasilə ilə Osmanlı ordusunun Baş Qərargah Akademiyasında təhsil alıb.
Hərbçi və əmək fəaliyyəti Vizual/Mobil redaktə
1915-ci ildə xüsusi tapşırıqla Türkiyədən Şimali İrana,
1916-cı ildə Danimarka və İsveçə göndərilib.
1917-ci ildə Osmanlı hərbi heyəti tərkibində isə Rusiyaya ezam olunub və orada Birinci Dünya müharibəsində əsir düşmüş türk zabit və əsgərlərinin yerini müəyyən etmək və onları rus hərbçiləri ilə dəyişərək Türkiyəyə göndərmək işi ilə məşğul olub.
1927-ci ildən Ankara Milli Təhlükəsizlik Kəşfiyyat şöbəsinin müdiri,
1930-cu ildən Ankara Baş Qərargah Kəşfiyyat şöbəsinin müdiri,
1936 – 1937-ci illərdə Türkiyənin Moskvadakı hərbi attaşesi vəzifəsində çalışıb.
İkinci Dünya müharibəsi illərində Türkiyənin SSRİ ilə sərhəd zonasında yerləşən diviziyalar qrupunun komandanı,
1947-ci ildən Türkiyə Hərbi Qüvvələri Baş qərargah rəisinin əməliyyat məsələləri üzrə müavini,
1949-cu ildən Türkiyə jandarmeriyasının baş komandanı olub.
1950-ci ilin iyulunda Türkiyədə keçirilən hərbi islahatlar nəticəsində istefaya göndərilib.
Hərbi rütbələri Vizual/Mobil redaktə
1925-ci ildə mayor,
1930 ildə polkovnik,
1939-cu ildə general-mayor,
1941 ildə isə general-leytenant,
1946-cı ildə general-polkovnik rütbəsi alıb.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Hərb” medalı (Türkiyə);
- Gümüş “Ləyaqət” medalı (Türkiyə);
- “İstiqlal” medalı (Türkiyə).
Digər Vizual/Mobil redaktə
Rus, fransız və isveç dillərini bilirdi.
1933 ildə Türkiyəyə səfər etmiş sovet nümayəndə heyəti ilə keçirilən danışıqlarda Atatürkün tərcüməçisi olub.
Hərb taktikası və tarixinə dair bir sıra kitabı türkcəyə tərcümə edib. Hərbi, siyasi və strateji məsələlərə həsr olunmuş çoxsaylı məqalələrin müəllifidir.
Türkiyə Hərbi Qüvvələrinin general-polkovniki Mahmud Berközün qardaşıdır.
Osmanlı ordusunun general-mayoru Həsən Behçet paşanın (Nuxada doğulub, Məhəmmədəmin Darğazadənin kiçik qardaşıdır) qızı ilə ailə qurub.
Türk memarı, professor və elm adamı Sina Berközün atasıdır.
Vəfatı Vizual/Mobil redaktə
16 yanvar 1975-ci il tarixdə – 86 yaşında, İstanbulda vəfat edib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Гулиев В. Азербайджанские генералы турецкой армии (rus.) // Зеркало : газета. — Баку, 2009. — № 34. — Səh. 33-34. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 31 oktyabr 2021.
- Tahirzade A. Şekililer Osmanlı Sarayında ve Türkiye Ordusunda : [arx. 31.10.2021] : [tur.] // Türk Yurdu Dergisi. — 2011. — 1 Temmuz. — Müraciət tarixi: 31.10.2021.
- Bərköz Məhəmməd Nuri Hacı İlyas oğlu Sarıkərimli // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 25 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2015. —VI c. — Səh. 596-597. — ISBN 978-9952-441-11-6.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |