Nuxa okruqu — Azərbaycan ərazisində 1930-cu ildə təqribən yarım il ərzində mövcud olmuş birinci dərəcəli inzibati ərazi. 3 rayondan – Göynük, Cəfərabad və Vartaşen rayonlarından, o cümlədən, cəmi 26 kənd sovetliyindən və 100 kənddən ibarət idi. İnzibati mərkəzi Nuxa şəhəri olub.

Nuxa okruqu
inzibati ərazi
Nuxa okruquna daxil olan rayon və kənd şuralarının sxeması // Şəki fəhləsi : qəzet. — Nuxa, 1930. — В. may. — № 25 (772). — Səh. 4.
İnzibati  mərkəz: Nuxa (indiki Şəki)
Yaranma  tarixi: 25 yanvar 1930(1930-01-25)
Ləğv  olunma  tarixi: 30 avqust 1930
(0 il mövcud olub) 217 gün mövcud olub
Yerləşirdi: Azərbaycan SSR, ZSFSR, SSRİ

Yaradılması Vizual/Mobil redaktə

25 yanvar 1930-cu il tarixdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə, eyni tarixdə ləğv edilmiş keçmiş Zaqatala-Şəki mahalı ərazisinin bir hissəsində yaradılmışdır. Həmin tarixədək Zaqatala-Şəki mahal K(b)F İcraiyyə Komitəsi və Həmkarlar bürosunun orqanı olan “Şəki fəhləsi” qəzeti həmin tarixdən sonra hələ bir müddət eyni təsisatların orqanı kimi çıxmaqda davam etmiş, yalnız 20 may 1930-cu il tarixdən başlamaqla Nuxa Okruq K(b)F İcraiyyə Komitəsi və Həmkarlar bürosunun orqanı kimi çap olunmuşdur.

Rəhbərlik Vizual/Mobil redaktə

Okruq icraiyyə komitəsinin sədri Ələşrəf Kərimov, icraiyyə komitəsinin katibi Abbasov idi.

Ləğv edilməsi Vizual/Mobil redaktə

Okruq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə ləğv olunmuşdur. Lakin bu tarixdən sonra “Şəki fəhləsi” qəzeti hələ 16 oktyabr 1930-cu il tarixədək Nuxa Okruq K(b)F İcraiyyə Komitəsi və Həmkarlar bürosunun orqanı kimi çap edilmişdir. Okruqun ləğv edilməsi nəticəsində, onun tərkibindəki ikinci dərəcəli inzibati ərazilər – rayonlar, birinci dərəcəli inzibati əraziyə çevrildilər.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Nuxa okruquna daxil olan rayon və kənd şuralarının sxeması // Şəki fəhləsi : qəzet. — Nuxa, 1930. — В. may. — № 25 (772). — Səh. 4.
  2. İnzibati-ərazi vahidləri : I. İnzibati-ərazi vahidləri haqqında ümumi məlumat : [arx. 17 Jun 2012 - 26 Jun 2022] // Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası. — Müraciət tarixi: 11.07.2022.

Bildiriş Vizual/Mobil redaktə