Oqtay Əliyev (1947–2024) — toxuculuq sənayesi üzrə tanınmış mütəxəssis, Şəki İpək kombinatının Pambıqəyirici sexinin müdiri.

Oqtay Əliyev
Əliyev Oqtay Vəli oğlu
Oqtay Əliyev
Oqtay Əliyev.
Anadan olub 24 iyun 1947(1947-06-24)
Anadan olduğu yer Nuxa (indiki Şəki) Azərbaycan SSR, SSRİ
Vəfat edib 2 dekabr 2024 (77 yaşında)
Vəfat etdiyi yer Şəki, Azərbaycan
Həyat yoldaşı Sevil İbrahimova
Övladı Əliyeva Günel
Atası Vəli
Anası Fatma
Vətəndaşlıq SSRİ → Azərbaycan
Təhsili

Azərbaycan Politexnik İnstitutu, toxuculuq üzrə mühəndis-texnoloq ixtisası (1969–1975)

Azərbaycan KP MK Marksizm-Leninizm Universiteti, iqtisadiyyat şöbəsi (1978–1980)

Haqqında məlumatlar Vizual/Mobil redaktə

24 iyun 1947-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

Nuxa/Şəki şəhər 17 və 12 №-li məktəblərində orta təhsil alıb.

1969 – 1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunda toxuculuq üzrə mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alıb.

1978 – 1980-cı illərdə Azərbaycan KP MK Marksizm-Leninizm Universitetinin iqtisadiyyat şöbəsində ali-siyasi təhsil alıb.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1969-cu ildə Lenin adına Bakı toxuculuq kombinatının məhsul qablaşdırma şöbəsində əmək fəaliyyətinə başlayıb.

12 avqust 1980-cı il tarixindən əmək fəaliyyətini V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyində avadanlıq sahəsi üzrə usta kimi davam etdirib.

24 sentyabr 1980-cı il tarixindən 19 sentyabr 1985-ci il tarixinədək baş müəssisədə müxtəlif vəzifələrdə (2 №-li toxucu sexinin rəisi, baş texnoloq, OTK rəisi və s) çalışıb.

19 sentyabr 1985-ci il tarixdə baş müəssisədəki toxucu istehsalatın rəisi,

1991-ci ildən isə Birliyin 2 №-li filialının direktoru,

2003-cü ildə kombinatın Toxucu istehsalatının 4 nömrəli jakkard sexinin rəisi,

2011-ci ildən 2024-cü ilədək isə Pambıqəyirici sexinin müdiri vəzifəsində çalışıb.

İctimai-siyasi aktivliyi Vizual/Mobil redaktə

1990-cu ildə Şəki Şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib.

1998-ci ildən 2024-cü ilədək 115 saylı Şəki ikinci seçki dairəsindəki 41 saylı məntəqənin sədri olub.

Vəfatı Vizual/Mobil redaktə

2 dekabr 2024-cü il tarixdə – 77 yaşında, Şəkidə vəfat edib.

Bildiriş Vizual/Mobil redaktə