Ruhangiz Abdullayeva
Ruhangiz Abdullayeva — tanınmış pedaqoq, Azərbaycan Respublikasının əməkdar müəllimi. Uzun müddət Şəki şəhər 11 saylı tam orta məktəbində tarix fənnindən dərs deyib. “Tarixçinin təqvimi”, “Tarixi və coğrafi anlayışlar lüğəti”, “Azərbaycan Xalq Cumhuriyyəti” və “Bura Vətəndir” kitablarının müəllifidir.
| Ruhangiz Abdullayeva | |
|---|---|
| Abdullayeva Ruhangiz İsa qızı | |
| Ruhangiz Abdullayeva. | |
| Anadan olub | 26 iyul 1954 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Həyat yoldaşı | Abdullayev Abdulla Nuru oğlu |
| Övladları | Nüşabə, Türabə və Asif |
| Atası | Məmmədov İsa Musa oğlu |
| Anası | Məmmədova Əsmər Vahid qızı |
| Vətəndaşlıq |
|
| Təhsili | Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutu, tarix fakültəsi (1971–1975) |
| Mükafatları |
|
| facebook səhifəsi | |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
26 iyul 1954-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1961 – 1971-ci illərdə Şəki şəhər 11 nömrəli orta məktəbində,
1971 – 1975-ci illərdə isə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1971 – 2021-ci illərdə Şəki şəhər 11 saylı tam orta məktəbində tarix fənnindən dərs deyib.
İctimai aktivliyi Vizual/Mobil redaktə
1975 – 1980-ci illərdə Şəki şəhər 11 saylı tam orta məktəbində komsomol təşkilatı rəhbəri, həmkarlar təşkilatının sədr müavini, tarix metodiki birləşməsinin sədri,
2000-ci ildən məktəb metodiki şurasının sədri,
2010-cu ildən məktəb ağsaqqallar şurasının sədri olub.
2008 və 2013-cü illərdə Azərbaycan müəllimlərinin XIII və XIV qurultaylarında iştirak edib.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi “Ən yaxşı müəllim” müsabiqəsinin III dərəcəli diplomu (2004);
- “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adı (04.10.2005).
Ailəsi Vizual/Mobil redaktə
Atası: Məmmədov İsa Musa oğlu (1913–1989), uzun müddət Şəki Vərəm əleyhinə dispanserdə təsərrüfat üzrə şöbə müdiri işləyib;
Anası: Məmmədova Əsmər Vahid qızı (1924–1993), evdar qadın olub;
Həyat yoldaşı: Abdullayev Abdulla Nuru oğlu;
Uşaqları: Nüşabə (1978–2002), Türabə və Asif.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |