Ruslan Sadıqov
Ruslan Sadıqov (1987–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu.
| Ruslan Sadıqov | |
|---|---|
| Sadıqov Ruslan Amiraslan oğlu | |
| Ruslan Sadıqov. | |
| Təvəllüdü | 31 dekabr 1987 |
| Doğulduğu yer |
Təpəcənnət, Şəki rayonu, |
| Vəfat tarixi | 7 noyabr 2020 (32 yaşında) |
| Vəfat yeri |
Şuşa rayonu, |
| Dəfn yeri |
Cəfərabad kəndinin qəbiristanlığı, Şəki rayonu, |
| Vəfat səbəbi | döyüşdə şəhid olub |
| Vətəndaşlıq |
|
| Mənsubiyyəti |
Daxili İşlər Nazirliyi |
| Atası | Amiraslan |
| Anası | Qaragöz |
| Həyat yoldaşı | Fidan |
| Uşaqları | Nuray, Aylin və Ehsan |
| Hərbi fəaliyyəti | |
| Qoşun növü |
|
| Xidmət illəri | 2008 – 2020 |
| Rütbə |
|
| Təltifləri |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
31 dekabr 1987-ci il tarixdə Şəki rayonunun Təpəcənnət kəndində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1994-cü ildə Təpəcənnət kənd natamam orta məktəbində,
1995 – 2004-cü illərdə Şəki rayonu Cəfərabad kənd tam orta məktəbində,
2004 – 2005-ci illərdə isə Şəki şəhər 5 saylı tam orta məktəbində təhsil alıb.
Hərbi xidmətdə Vizual/Mobil redaktə
2006 – 2008-ci illərdə həqiqi hərbi xidmətdə olub.
2008-ci ildə Zaqatala rayonunda yerləşən daxili qoşunların «N» saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmətə başlayıb.
2020-ci ilin sentyabr ayında başlayan Vətən müharibəsində iştirak edib.
Şəhid olması Vizual/Mobil redaktə
7 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.
10 noyabr 2020-ci il tarixdə Cəfərabad kəndinin kənd qəbiristanlığında dəfn edilib.
Təlti və mükafatları Vizual/Mobil redaktə
- “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı (26.06.2008)[1];
- 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı (26.06.2018)[1];
- “Vətən uğrunda” medalı – ölümündən sonra (15.12.2020)[2];
- “Şuşanın azad olunmasına görə” medalı – ölümündən sonra (29.12.2020)[3].
Ailəsi Vizual/Mobil redaktə
Ailədə bir bacı və bir qardaş olublar. Ailəli idi. Nuray və Aylin adlarında 2 qızı, Ehsan adlı (şəhid olarkən hələ bir yaşı tamam olmamışdı) 1 oğlu var.
İstinadlar Vizual/Mobil redaktə
Ədəbiyyat Vizual/Mobil redaktə
- 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : RUSLAN Amiraslan oğlu Sadıqov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.
- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 4 Jan 2021 - 8 Jan 2021] // E-qanun.az. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 03.01.2022.
Həmçinin, bax: Vizual/Mobil redaktə
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |