Səyyarə Musayeva — Şəki bələdiyyəsinin üzvü və sədr müavini.

Səyyarə Musayeva
Musayeva Səyyarə Akif qızı
Səyyarə Musayeva
Səyyarə Musayeva.
Anadan olub 10 sentyabr 1995 (1995-09-10) (31 yaş)
Anadan olduğu yer Şəki, Azərbaycan
Vətəndaşlıq Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili

 • Mingəçevir Dövlət Universiteti, iqtisadiyyat və idarəetmə fakültəsi (2013–2017)

 • Niğde Ömer Halisdemir Universiteti (Türkiyə), iqtisadiyyat ixtisası, magistratura (2021–2024)

 • Niğde Ömer Halisdemir Universiteti, doktorantura (2024–)
facebook səhifəsi

Haqqında məlumatlar Vizual/Mobil redaktə

10 sentyabr 1995-ci il tarixdə Şəkidə, ziyalı ailəsində anadan olub.

Təhsili Vizual/Mobil redaktə

2001 – 2012-ci illərdə Şəki şəhər 5 saylı orta məktəbində orta,

2003 – 2010-cu illərdə Şəki şəhər Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsində orta-musiqi,

2013-2018-ci illərdə Mingəçevir Dövlət Universitetində sənayenin təşkili və idarə edilməsi ixtisası üzrə bakalavr,

2021 – 2024-cü illərdə Niğde Ömer Halisdemir Universitetində (Türkiyə) iqtisadiyyat ixtisası üzrə magistr təhsili alıb.

ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri Bürosunun dəstəyi ilə həyata keçirilən Peşəkar İxtisasartırma Proqramının məzunudur.

2024-cü ildən təhsilini Niğde Ömer Halisdemir Universitetinin doktoranturasında davam etdirir.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

2015-ci ildə Kiş kənd Bələdiyyəsində mühasib,

2017 – 2020-ci illərdə Şəki Bələdiyyəsində mühasib və Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyində kompüter operatoru vəzifəsində çalışıb.

2020-ci ildən Şəki Bələdiyyəsinin sədr müavinidir.

Elmi fəaliyyəti Vizual/Mobil redaktə

Magistr dissertasiyasının mövzusu [[1] “Dayanıqlı yerli iqtisadi inkişafın təminatçısı kimi qadınların rolu: Şəki tətbiqi”] olub.

Türkiyə və Azərbaycanda nəşr olunan beynəlxalq jurnallarda məqalələri dərc edilib.

Davamlı enerji, iqlim dəyişikliyi və ə [şəhər turizmi sahəsind elmi məqalələrin müəllifidir.

İctimai-siyasi aktivliyi Vizual/Mobil redaktə

Yeni Azərbaycan Partiyasının üzvüdür.

2019 və 2025-ci illərdə bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb və seçilib.

2022-ci ildə Kolorado Turizm Ofisində Peşəkar Təcrübə Proqramının iştirakçısı.

2024-cü ildə COP29 konfransında BMT-nin İqlim Dəyişikliyi üzrə Qlobal İnnovasiya Mərkəzində panel müzakirələrinin iştirakçısı olub.

Avropa İttifaqı Ziyarətçi Proqramının iştirakçısı kimi Brüssel və Strasburqda təşkil olunan tədbirlərdə iştirak edib.

Dil bilikləri Vizual/Mobil redaktə

Azərbaycan dili, türk dili, ingilis dil, rus dili.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. “Şəki Bələdiyyəsi” qəzetinin saytı, Şəki bələdiyyəsi üzvlüyünə namizədlər, 2-ci səhifədə.
  2. "ŞƏKİ BƏLƏDİYYƏSİ ÜZRƏ NAMİZƏDLƏR ( 55 namizəd )". https://www.infocenter.gov.az (azərb.). İnformasiya Mərkəzi. 21 Jun 2021 tarixində arxivləşdirilib.

Həmçinin, bax: Vizual/Mobil redaktə

Bildiriş Vizual/Mobil redaktə