Sabit Abdullayev — Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “28 May” Neft Qaz Çıxarma İdarəsi üzrə Mənzil-Kommunal Təsərrüfatı şöbəsinin (dəniz neftçilərinin yataqxanaları) rəisi.

Sabit Abdullayev
Abdullayev Sabit Osman oğlu
Sabit Abdullayev
Sabit Abdullayev.
Anadan olub 18 iyun 1961 (1961-06-18) (65 yaş)
Anadan olduğu yer Oxud, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı Allahverdiyeva Sonaxanım Süleyman qızı
Övladları Cəmilova Elnurə və Cəmilov Elmar
Atası Abdullayev Osman Cəmil oğlu
Anası Abdullayeva Nəzakət Camal qızı
Vətəndaşlıq SSRİ → Azərbaycan
Təhsili Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, mülki sanitariya və su təchizatı fakültəsi (1978–1983)

Haqqında məlumatlar Vizual/Mobil redaktə

18 iyun 1961-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Oxud kəndində anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1978-ci ildə Oxud kənd orta məktəbini bitirib.

1978 – 1984-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun mülki sanitariya və su təchizatı fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1984 – 1991-ci illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası DİN-in Tikinti Trestində əvvəl usta, sonra Texniki istehsalat şöbəsinin rəis müavini,

1991 – 1995-ci illərdə Əsaslı tikinti şöbəsində böyük mühəndis,

1955 – 1997-ci illərdə Təmir-Tikinti İdarəsində rəis müavini vəzifəsində çalışıb.

1997 – 1999-cü illərdə ARDNŞ-nin “Xəzərdənizqazmatikinti” trestinin əvvəl maşınqayırma zavodunda mühəndis,

1999 – 2001-ci illərdə texniki-istehsalat şöbəsində aparıcı mühəndis,

2001 – 2003-cü illərdə rəis müavini,

2003 – 2009-cu illərdə “Cənubtikintiservis” ASC-də şöbə rəisi olub.

2009-cu ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Az dərinliklərdə işin təşkili şöbəsində qrup rəisi,

2009 – 2011-ci illərdə İşin təşkili və smeta şöbəsində layihənin baş mühəndisi,

2011 – 2013-cü illərdə Layihələrə texniki nəzarət və layihələrin texniki ekspertizası şöbəsində böyük mühəndis,

2017 – 2022-cü illərdə “Azneft” İstehsalat Birliyinin Risklərin idarəolunması şöbəsinin rəisi vəzifəsində çalışıb.

2023-cü ildən “Azneft” İstehsalat Birliyinin “28 May” Neft Qaz Çıxarma İdarəsi üzrə Mənzil-Kommunal Təsərrüfatı şöbəsinin (dəniz neftçilərinin yataqxanaları) rəisidir.

Ailəsi Vizual/Mobil redaktə

Ailəlidir, bir oğlu və bir qızı var.

Bildiriş Vizual/Mobil redaktə