Tamilla Seyidova
Tamilla Seyidova — tanınmış rəssam, rəngkar, Azərbaycan Respublikasının əməkdar rəssamı.
| Tamilla Seyidova | |
|---|---|
| Seyidova Tamilla Əbdürrəhman qızı | |
| Tamilla Seyidova. | |
| Doğum tarixi | 29 fevral 1940 |
| Doğum yeri |
Nuxa (indiki Şəki), |
| Vətəndaşlığı |
|
| Təhsili |
• Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbi (1958–1963) • Vilnüs Rəssamlıq İnstitutu (1963–1964) • V.İ.Muxin adına Leninqrad ali rəssamlıq-sənaye məktəbi, şüşə-keramika ixtisası |
| Mükafatları |
|
| facebook səhifəsi pinterest səhifısi |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
29 fevral 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1958 – 1963-cü illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində,
1963 – 1964-cü illərdə Vilnüs Rəssamlıq İnstitutunda təhsil alıb. Daha sonra isə təhsilini V.İ.Muxin adına Leninqrad ali rəssamlıq-sənaye məktəbində şüşə-keramika ixtisası üzrə davam etdirib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1968-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində pedaqoji fəaliyyətə başlayıb.
Rəssamlıq fəaliyyəti Vizual/Mobil redaktə
Rəngkarıq janrında müxtəlif mövzulu süjetli tablolar yaradıb.
1978-ci ildə SSRİ Rəssam İttifaqına üzv qəbul olunub.
1963-cü ildə “Bizim müasirimiz” respublika sərgisində,
2010 və 2013-cü illərdə Trabzon şəhərində keçirilən qadın rəssamların Beynəlxalq festivalında iştirak edib. Əsərləri Azərbaycanda və xarici muzeylərdə, eləcədə Azərbaycan, Amerika, Çin, Mərakeş, Türkiyə, Almaniya, Rusiyada şəxsi kolleksiyalarında saxlanılır.
Təltif və mükafatları Vizual/Mobil redaktə
“Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adı (2018).
Ədəbiyyat Vizual/Mobil redaktə
- Tamilla Seyidova : [arx. 24 Nov 2017 - 22 May 2019] // Azculture. — Müraciət tarixi: 13.02.2025.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |