Tofiq Salmanov
Tofiq Salmanov — tanınmış musiqiçi-pedaqoq, Bakı şəhəri Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru.
| Tofiq Salmanov | |
|---|---|
| Salmanov Tofiq Səməd oğlu | |
| Tofiq Salmanov. | |
| Şəxsi məlumatlar | |
| Təvəllüdü | 2 aprel 1969 |
| Anadan olduğu yer |
Baş Zəyzid, Şəki rayonu, |
| Vətəndaşlığı |
|
| Həyat yoldaşı | Salmanova Leyla Elxan qızı |
| Uşaqları | Salmanlı Ayxan və Salmanlı Səməd |
| Təhsili |
• Şəki Musiqi Texnikumu, skripka ixtisası (1983–1987) • Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (Bakı Musiqi Akademiyası), skripka ixtisası (1990–1995) |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
2 aprel 1969-cu il tarixdə Şəki rayonunun Baş Zəyzid kəndində anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1975 – 1983-cü illərdə Baş Zəyzid kənd orta məktəbində səkkizillik təhsil alıb.
1978 – 1983-cü illərdə Şəki şəhər 1 №-li musiqi məktəbində,
1983 – 1987-ci illərdə Şəki Musiqi Texnikumunda,
1990 – 1995-ci illərdə isə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) skripka ixtisası üzrə musiqi təhsili alıb.
Hərbi xidmət Vizual/Mobil redaktə
1987 – 1989-cu illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək və musiqiçi fəaliyyəti Vizual/Mobil redaktə
Hələ konservatoriyada təhsil aldığı illərdə “Ümid” ansamblında, sonralar isə Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən “Neftçi” mahnı və rəqs ansamblının üzvü olub və musiqi təhsili üzrə pedaqoji fəaliyyətlə məşğul olub.
2014-cü ildən Bakı şəhəri Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin direktorudur.
Ailəsi Vizual/Mobil redaktə
Evlidir, iki övladı var.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |