Xalid Hacıyev (1934–2026) — tanınmış tikinti mütəxəssisi və SSRİ kateqoriyalı basketbol hakimi; uzun müddət tikinti sahəsi üzrə layihə institutlarında çalışmış, məsul vəzifələr tutmuş, həmçinin, paralel olaraq basketbol hakimi kimi fəaliyyət göstərmişdir.

Xalid Hacıyev
Hacıyev Xalid Məmmədsaleh oğlu
Xalid Hacıyev
Xalid Hacıyev, 2012-ci il.
Anadan olub 7 noyabr 1934(1934-11-07)
Anadan olduğu yer Nuxa, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat edib 1 mart 2026 (91 yaşında)
Vəfat etdiyi yer Bakı, Azərbaycan
Dəfn yeri Səyyarə qəbiristanlığı, Şəki, Azərbaycan
Övladı Səbinə Hacıyeva
Vətəndaşlıq SSRİ→ Azərbaycan
Təhsili I.V.Stalin adına Moskva Nəqliyyat Mühəndisləri İnstitutu (1953–1958)

Haqqında məlumatlar Vizual/Mobil redaktə

7 noyabr 1934-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1943 – 1953-cü illərdə Dəmir Yolları Nazirliyinin nəzdindəki 1 nömrəli dəmir yol məktəbində,

1953 – 1958-ci illərdə İ.V.Stalin adına Moskva Nəqliyyat Mühəndisləri İnstitutunda (dəmiryol istismarı mühəndisi ixtisası üzrə) təhsil alıb.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1958 – 1972 — “Azdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunda mühəndis, baş mühəndis, qrup rəhbəri,

1965-ci ildən tikinti şöbəsinin rəis müavini,

1969-cu ildən isə 2 saylı memar-inşaat şöbəsinin rəisi vəzifəsində çalışıb.

1972 – 1973-cü illərdə Azərbaycan SSR Dövlət Tikinti Komitəsinin sənaye tikinti şöbəsinin rəisi;

1973 – 1975-ci illərdə “Azdövlətlayihə” Dövlət Layihə İnstitutunda baş mühəndis;

1975 – 1982-ci illərdə “İttfaqyollayihə” Dövlət Layihə İnstitutunun Bakı filialının müdiri;

1982 – 1985-ci illərdə Azərbaycan SSR-in Moskva şəhərindəki Daimi Nümayəndəliyində baş referent;

1985 – 1985-ci illərdə “Bakışəhərlayihə” Layihə İnstitutunda baş mühəndisin müavini;

1985 – 1992-ci illərdə “Azəraqrolayihə” Layihə İnstitutunun müdiri;

1992 – 1996-cı illərdə “Azəraqrartikinti” ATSC-də baş mütəxəssis;

1996 – 2002-ci illərdə “Aqrarlayihə” MMC Bakı filialının rəisi;

2002 – 2004-cü illərdə “Azəraqrartikinti” ATSC-nin TMHLSSE şöbəsinin baş mütəxəssisi;

2004 – 2018-ci illərdə isə “Azəraqrartikinti” ASC Həmkarlar İttifaqı Komitəsinin sədri olub.

Vəfatı Vizual/Mobil redaktə

1 mart 2026-cı il tarixdə – 28 fevraldan 1 marta keçən gecə, Bakıda vəfat edib. Martın 1-də Şəkidə Səyyarə qəbiristanlığında dəfn olunub.

Ailəsi Vizual/Mobil redaktə

İki qızı var: Böyük qızı Səbinə – memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisidir; kiçik qızı Miladə, Azərbaycan Tibb Universitetini bitirdikdən sonra, təhsilini İtaliyada davam etdirib, orada yaşayır və işləyir.

Digər Vizual/Mobil redaktə

Tələbəlik illərindən basketbolda hakimliyə maraq qöstərib. 1967-ci ildə SSRİ xalqlarının yubiley Spartakiadasının nəticələrinə əsasən basketbol üzrə ümumittifaq kateqoriyalı hakim dərəcəsi alıb. Çoxillik idman hakimliyi dövründə müxtəlif səviyyələrdə mindən çox oyunun (rayon, şəhər yarışları, Azərbaycan və SSRİ çempionatları, habelə beynəlxalq yoldaşlıq oyunları) hakimi olub.

2007-ci ildə Həcc ziyarətinə gedib.

Bildiriş Vizual/Mobil redaktə