Xurşid Abdullayeva — Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Respublikası Dövlət xor kapellasının direktoru, Bakı Musiqi Akademiyasının müəllimi.

Xurşid Abdullayeva
Abdullayeva Xurşid Lütfəli qızı
Xurşid Abdullayeva
Xurşid Abdullayeva.
Şəxsi məlumatlar
Təvəllüdü 15 sentyabr 1959 (1959-09-15) (67 yaş)
Anadan olduğu yer Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ→ Azərbaycan
Peşələri musiqiçi, pedaqoq
Atası Lütfəli Abdullayev
Anası Sevda Pepinova

Musiqi alətləri fortepiano, klavesin
Təhsili Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, fortepiano sinfi (1983–1988)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2007

Haqqında məlumatlar Vizual/Mobil redaktə

15 sentyabr 1959-cu il tarixdə Bakıda anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1966 – 1977-ci illərdə Bülbül adına musiqi məktəbində,

1983 – 1988-ci illərdə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano sinfində təhsil alıb.

1989-cu ildə Minsk şəhərində (Belorusiya) professor Arturo Sakettinin(en) (Vatikan) və 1992-ci ildə İngiltərədə Kolin Tilneyin(en) (Kanada) klavesin üzrə ustad siniflərini başa vurub.

1998-ci ildə Moskva Dövlət Konservatoriyasında dosent İ.Zenaişvilinin sinfində birillik ali ifaçılıq kursunu bitirib.

Fəaliyyəti Vizual/Mobil redaktə

1995-ci ildən Bakı Musiqi Akademiyasının orqan və klavesin kafedrasının müəllimi,

2001-ci ildən isə həm də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xor Kapellasının direktorudur.

Türkiyə, Rusiya, İngiltərə, Belorusiyada konsert proqramları ilə çıxış edib.

Bir sıra elmi-tədqiqat işlərinin müəllifidir.

Təltif və mükafatları Vizual/Mobil redaktə

Ailəsi Vizual/Mobil redaktə

Azərbaycan SSR xalq artisti Lütfəli Abdullayevin və alman dili üzrə mütəxəssis Sevda Pepinovanın qızı, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin katibi Əhməd bəy Pepinovun və ilk azərbaycanlı musiqişünas qadın – Azərbaycan SSR əməkdar incəsənət xadimi Xurşid Ağayevanın nəvəsi, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədr müavini Həsən bəy Ağayevin nəticəsidir.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Fortepiano, orqan və klavesin kafedrasının müəllimləri : Abdullayeva Xurşid Lütfəli qızı : [arx. 4 sentyabr 2019] // Bakı Musiqi Akademiyası. — Müraciət tarixi: 14.09.2021.

Bildiriş Vizual/Mobil redaktə