Yaşar Babayev
Yaşar Babayev (1950–2018) — tanınmış musiqiçi-pedaqoq, Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin sabiq direktoru və həmin məktəbinin müəllimlərdən ibarət xalq çalğı alətləri ansamblının sabiq rəhbəri. Tarın, udun və sazın mahir ifaçılarından biri hesab olunurdu.
| Yaşar Babayev | |
|---|---|
| Babayev Yaşar Abdulrəşid oğlu | |
| Yaşar Babayev. | |
| Şəxsi məlumatlar | |
| Təvəllüdü | 10 mart 1950 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfatı | 1 oktyabr 2018 (68 yaşında) |
| Vəfat yeri |
Şəki, |
| Vətəndaşlığı |
|
| Həyat yoldaşı | Babayeva Nəzakət Qədir qizı |
| Uşaqları | Vüqar və Nübar |
|
|
|
| Musiqi alətləri | tar, ud və saz |
| Təhsili |
• Şəki Orta İxtisas Musiqi Məktəbi, tar sinfi (1964–1968) • Dərbənd Mədəniyyət və İncəsənət İnstitutu (Dağıstan Respublikası, Rusiya Federasiyası), ifaçılıq alətləri fakültəsi, tar sinfi (2004–2010) |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
10 mart 1950-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1959 – 1964-cü illərdə Nuxa şəhər 1 №-li uşaq musiqi məktəbində,
1964 – 1968-ci illərdə Şəki Orta İxtisas Musiqi Məktəbində,
2004 – 2010-cu illərdə isə Dərbənd Mədəniyyət və İncəsənət İnstitutunun (Dağıstan Respublikası, Rusiya Federasiyası) ifaçılıq alətləri fakültəsində tar ixtisası üzrə musiqi təhsili alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1968 – 1994-cü illərdə Şəki şəhər 1 №-li uşaq musiqi məktəbində tar müəllimi,
1994-cü ildən – 2018-ci ilin mart ayınadək isə həmin məktəbin direktoru vəzifəsində çalışıb.
Digər Vizual/Mobil redaktə
1965-ci ildə onun təşəbbüsü ilə Nuxa şəhər M.Füzuli adına mədəniyyət və istirahət parkının “Arzu” gənclik xalq çalğı alətləri ansamblı təşkil edilib.
1977-ci ildə, 1971-ci ildən Telman Muxtarlının rəhbərliyi ilə Şəkidə fəaliyyət göstərməyə başlamış “Zirvə” vokal-instrumental ansamblının heyəti xalq çalğı alətləri, skripka və nəfəs alətləri ifaçıları hesabına genişləndirildikdə və ansambl xalq-instrumental ansamblına çevrildikdə Yaşar Babayev bu ansamblın konsertmeysteri olub. Ansambl 1978-ci ilin iyul ayında Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən Ümumittifaq Komsomolunun yaranmasının 60 illiyinə həsr edilmiş baxış müsabiqəsində 1-ci yeri tutub, qızıl medala və laureat adına layiq görülüb. 1979-cu ildə isə Azərbaycan Televiziyasında təşkil edilən “Gənclik" estrada müsabiqəsində də qaliblərdən biri olub. Bundan sonra ansambl həmin ilin sonunda Azərbaycan televiziyasının “Yeni il” proqramında iştirak etməyə dəvət olunub və daha sonralar dəfələrlə Azərbaycan televiziyasında çıxışlar edib, Bakıda keçirilən respublika əhəmiyyətli tədbirlərdə, şəhər və rayonlarda qastrol səfərlərində iştirak edib.
Vəfatı Vizual/Mobil redaktə
1 oktyabr 2018-ci il tarixdə – 68 yaşında, Şəkidə vəfat edib. Şəkidə Çöl qəbiristanlığında dəfn olunub.
Ailəsi Vizual/Mobil redaktə
Ailəli idi, iki övladı var.
Ədəbiyyat Vizual/Mobil redaktə
Təhmirazqızı S. YAŞAR BABAYEV // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı: 224. — Səh.: 178. — 300 nüsx.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |