Yunis Tağıyev
Yunis Tağıyev — texnika elmləri namizədi, dosent. Uzun müddət Azərbaycan Politexnik İnstitutunun/Azərbaycan Texniki Universitetinin Avtomatlaşdırılmış istehsal texnologiyaları kafedrasında dosent vəzifəsində çalışmışdır.
Haqqında məlumatlar Vizual/Mobil redaktə
17 noyabr 1937-ci il tarixdə Tbilisidə anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1955-ci ildə Tbilisi şəhər 22 nömrəli ota məktəbini bitirib.
1955 – 1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsində təhsil alıb.
1964-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun aspiranturasına daxil olub.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
1971-ci ildə “Polimer materialların neft sənayesində tətbiqi məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1960-cı ildən hərbi zavodun mexanika sexində mühəndis işləyib.
1980 – 1981-ci illərdə Drezden Texniki Universitetində (Almaniya Demokratik Respublikası) dərs deyib.
1982 – 2015-ci illərdə Azərbaycan Politexnik İnstitutunun/Azərbaycan Texniki Universitetinin Avtomatlaşdırılmış istehsal texnologiyaları kafedrasında dosent vəzifəsində çalışıb.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Məmmədov Ə., Xalıqov F. Тагиев Юнис Бахтияр оглы // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 537-538. — 1.000 nüsx.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |