Yusif Rəşidov
Yusif Rəşidov (1915–1965) ― tanınmış su təsərrüfatı mühəndisi, Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi Nuxa Rayon Su İdarəsinin müdiri.
| Yusif Rəşidov | |
|---|---|
| Rəşidov Yusif Həbibulla oğlu | |
| Yusif Rəşidov. | |
| Anadan olub | 31 mart 1915 |
| Anadan olduğu yer |
Nuxa, Yelizavetpol quberniyası, |
| Vəfat edib | 24 may 1965 (50 yaşında) |
| Vəfat səbəbi | avtomobil qəzası |
| Dəfn yeri | Xoçik qəbiristanlığı, Nuxa (indiki Şəki) |
| Həyat yoldaşı | Nəzirə Məmmədova |
| Övladları | 8 qız və 1 oğlan (Hüseyn Rəşidov) |
| Atası | Həbibulla |
| Anası | Firuzə |
| Vətəndaşlıq |
|
| Təhsili |
• A.Hacıyev adına Bakı Hidrotexnikumunu (–1938) • Serqo Ordjonikidze adına Novoçerkassk politexnik institutu, su mühəndisliyi fakültəsi (1965–1962) |
| Mükafatları |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
31 mart 1915-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1930-cu illərin ortalarında Nuxa şəhər 10 №-li orta məktəbini,
1938-ci ildə A.Hacıyev adına Bakı Hidrotexnikumunu bitirib.
1956 – 1962-ci illərdə Serqo Ordjonikidze adına Novoçerkassk Politexnik İnstitutunun su mühəndisliyi fakültəsində təhsil alıb.
Hərbi xidmətdə Vizual/Mobil redaktə
22 iyun 1941-ci il tarixdə – Böyük Vətən müharibəsinin başladığı gün, hərbi xidmətə götürülüb.
29 iyul 1942-ci il tarixdə Rostov vilayətində baş vermiş hərbi əməliyyatlar zamanı itkin düşməsi ilə bağlı Nuxa şəhər Nakam küçəsi 1-ci döngə, ev 8 ünvanında yaşayan anası Firuzə Məmmədovaya rəsmi məktub göndərilib. İtkin düşərkən kiçik leytenant rütbəsində olub və 31-ci atıcı diviziyanın 75-ci atıcı polkunun tağım (vzvod) komandiri idi. Lakin sonra tapılıb.
25 avqust 1945-ci il tarixdə ordudan tərxis olunub.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
Su təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə çalışıb. Vəfat edərkən Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi Nuxa Rayon Su İdarəsinin müdiri idi.
İctimai-siyasi aktivliyi Vizual/Mobil redaktə
1957-ci ildə Nuxa rayon zəhmətkeş deputatları Sovetinə deputat seçilib.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Qırmızı Ulduz” ordeni – 07.06.1945.
Vəfatı Vizual/Mobil redaktə
23 may 1965-ci il tarixdə avtomobil qəzasında ağır xəsarət alıb.
24 may 1965-ci il tarixdə — 50 yaşında, vəfat edib. Xoçik qəbiristanlığında dəfn olunub.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Рашидов Юсуф Габибуллаевич : [arx. 07.04.2024] : [rus.] // Память народа. — Müraciət tarixi: 07.04.2024.
- Рашидов Юсуф Кабакулович : [arx. 07.04.2024] : [rus.] // Память народа. — Müraciət tarixi: 07.04.2024.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |