Ziya Əsədov
Ziya Əsədov (1954–2017) — tanınmış həkim-cərrah, Bakı Şəhər 5 saylı Kliniki Xəstəxanasının baş həkimi. 1992 – 1993-cü illərdə Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini vəzifəsində çalışmışdır.
| Ziya Əsədov | |
|---|---|
| Əsədov Ziya Hüseyn oğlu | |
| Ziya Əsədov. | |
| Anadan olub | 27 sentyabr 1954 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfat edib | 25 sentyabr 2017 (62 yaşında) |
| Vəfat etdiyi yer |
Bakı, |
| İxtisası | cərrah |
| Təhsili | N.Nərimanov adına Azərbaycan Tibb İnstitutu (1971–1977) |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
27 sentyabr 1954-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1971-ci ildə Şəkidə orta təhsilini başa vurub.
1971 – 1977-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunda, cərrah ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1977 − 1978-ci illərdə 11 aylıq interna keçib.
1978-ci ildən M.A.Topçubaşov adına Elmi Tədqiqat Cərrahiyyə İnstitutunda,
1980 − 1984-cü illərdə Bakı şəhər 2 saylı klinik xəstəxanasında,
1985-ci ildən Bakı şəhər 6 saylı tibb-sanitar hissəsində,
1985-ci ildən Bakı şəhər 5 saylı klinik xəstəxanasında cərrah işləyib.
1992 – 1993-cü illərdə Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini,
5 oktyabr 1993-cü il tarixdən ömrünün sonunadək Bakı Şəhər 5 saylı Kliniki Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.
Vəfatı Vizual/Mobil redaktə
25 sentyabr 2017-ci il tarixdə – 62 yaşında, Bakıda ürək tutmasından vəfat edib.
Ailəsi Vizual/Mobil redaktə
Ailəli idi, iki övladı və beş nəvəsi var.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Nəbibəyov M. Tanınmış həkim Ziya Əsədov dünyasını dəyişdi : [arx. 29.11.2021] // Şəki bələdiyyəti. — 2017. — 26 sentyabr. — Müraciət tarixi: 29.11.2021.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |