Nazim İbrahimov

WikiSysop (müzakirə | redaktələr) tərəfindən edilmiş 16:25, 31 avqust 2020 tarixli redaktə

Nazim İbrahimov — dövlət qulluqçusu; 2004 – 2010-cu illərdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur.

Nazim İbrahimov
İbrahimov Nazim Asabəli oğlu
Nazim İbrahimov
Nazim İbrahimov
bayraqŞəki Şəhər İcra Hakimiyyətinin başçısıbayraq
30 sentyabr 2004 — 21 aprel 2010
Sələfi Əşrəf Məmmədov
Xələfi Murad Cabbarlı
Şəxsi məlumatlar
Təvəllüdü 1 sentyabr 1951 (1951-09-01) (75 yaş)
Doğulduğu yer Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili D.Bünyatzadə adına Azərbaycan Xalq Təssərüfatı İnstitutu, ticarətin iqtisadiyyatı fakultəsi (1968 – 1972)

Haqqında məlumatlar

1 sentyabr 1951-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

1968-ci ildə Bakıda 150 saylı orta məktəbini bitirib.

1968 – 1972-ci illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təssərüfatı İnstitutunun ticarətin iqtisadiyyatı fakultəsində təhsil alıb.

Hərbi xidmət

1973 – 1974-cü illərdə ordu sıralarında hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1974 – 1976-cı illərdə Xüsusi Tikinti-Quraşdırma İdarəsində mühəndis,

1976 – 2001-ci illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası Ticarət Nazirliyində şöbə rəisi, nazir köməkçisi, idarə müdiri, departament rəisi,

2001 – 2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankı Mərkəzi idarəetmə Departamentinin direktoru və İdarə Heyətinin üzvü vəzifələrində çalışıb.

2004 – 2010-cu illərdə isə Şəki Şəhər İcra Hakiməyyətinin başçısı olub.

Ailəsi

Ailəlidir, iki övladı var. Şablon:Yaxşı məqalə