Qoşqar Mustafayev

WikiSysop (müzakirə | redaktələr) (Səhifəni 'Kateqoriya:Q{{Şəxs |Adı = Qoşqar Asim oğlu Mustafayev |Orijinal adı = |Şəkil = Qoshqar Mustafayev.jpg |Şəkil miqyası = |Ş...' ilə yarat) tərəfindən edilmiş 19:28, 20 mart 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)

Qoşqar Mustafayev (Qoşqar Asim oğlu Mustafayev; d. 1987, Şəki, Azərbaycan SSR, SSRİ) — 2010 – 2020-cu illərdə Şəki şəhər bələdiyyəsinin üzvü olmuşdur. 2019-cu il bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizəd olmuş, lakin seçilməmişdir.

Qoşqar Asim oğlu Mustafayev
Qoşqar Asim oğlu Mustafayev
Anadan olub 25 iyun 1987 (1987-06-25) (39 yaş)
Anadan olduğu yer SSRİ
Azərbaycan SSR, Şəki
Vətəndaşlıq SSRİ→ Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının “Tarix” fakültəsi

Haqqında məlumatlar

1987-ci ildə Şəki şəhərində anadan olub.

2004-cü ildə Şəki şəhər 20 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının Tarix fakültəsinə daxil olmuş və 2008-ci ildə ali təhsilini başa vurmuşdur.

2009-cu ildən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının Kompüter mərkəzində kompüter mütəxəssisi vəzifəsində işləyir.

2009-cu və 2014-cü illərdə Şəki şəhər bələdiyyəsinin üzvü seçilmişdir.

Ailəlidir, 2 övladı var.

Yeni Azərbaycan Partiyasının üzvüdür. 2019-cu il bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdü.

Həmçinin, bax:


Mənbələr