İlham Abbasov

Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 15:51, 27 sentyabr 2021 tarixli redaktə

İlham Abbasov — hüquq elmləri üzrə fəlsəfə doktoru, baş ədliyyə müşaviri. Uzun müddət prokurorluq və ədliyyə orqanlarında məsul vəzifələr tutmuşdur. 2017-ci ildən təqaüdündədir.

İlham Abbasov
Abbasov İlham Qurban oğlu
İlham Abbasov
İlham Abbasov.
Təvəllüdü 16 noyabr 1948 (1948-11-16) (78 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ→ Azərbaycan
Elm sahəsi hüquq
Elmi dərəcəsi hüquq elmləri üzrə fəlsəfə doktoru
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi (–1971)
Mükafatları "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 2008

Haqqında məlumatlar

16 noyabr 1948-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1966-cı ildə Nuxa axşam fəhlə-gənclər məktəbini,

1971-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyəti

1965 – 1966-cı illərdə Nuxa şəhər 2 №-li tikiş fabrikində fəhlə işləyib.

1971-ci ilin avqust ayında prokurorluq orqanlarına işə qəbul edilib; o cümlədən,

1971 – 1975-ci illərdə, əvvəl Qasım İsmayılov (indiki Goranboy) rayon prokurorluğunda stajor-müstəntiq, sonra Yevlax şəhər prokurorluğunun baş müstəntiqi, daha sonra Mingəçevir şəhər prokurorluğunun baş müstəntiqi vəzifəsində çalışıb.

1975-ci ildə Puşkin (indiki Biləsuvar) rayonunun,

1980 – 1994-cü illərdə, əvvəl Qutqaşen (indiki Qəbələ), sonra Zəngilan, daha sonra Qubadlı rayonunun və Masallı rayonunun prokuroru olub.

1994-cü ilin may ayından Azərbaycan Respublikası Baş Prokurorluğunun mərkəzi aparatında işləyib.

2001 – 2017-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında əvvəl baş müəllim, sonra isə prorektor vəzifəsində çalışıb.

2017-ci ildən əmək təqaüdünə çıxıb.

Elmi fəaliyyəti

Hüquq elmləri üzrə fəlsəfə doktorudur.

147 elmi, 440 hüquqi-publisistik məqalənin, 2 novella və xatirələr kitabının, 1 dərs vəsaitinin müəllifidir.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Abbasov İlham // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 14-16. — 1.000 nüsx.;
  2. Orsər R. İlham Abbasov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 503-506. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2..

Bildiriş