Mahmud Berköz
Mahmud Berköz (1895–1989) — türk hərbçisi, Türkiyə Hərbi Qüvvələrinin general-polkovniki. Müxtəlif illərdə Türkiyə müdafiə nazirinin müavini, Türkiyənin üçüncü ordu komandanı və s. məsul hərbi vəzifələrdə çalışmışdır. Türkiyə Hərbi Qüvvələrinin general-polkovniki Məhəmmədnuru Berközün qardaşıdır.
| Mahmud Berköz | |
|---|---|
| Berköz Mahmud Hacı İlyas oğlu Sarıkərimli türk.: Mahmut Berköz | |
| Mahmud Berköz, 1950-ci il. | |
| Təvəllüdü | 1895 |
| Doğulduğu yer |
Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, |
| Vəfat tarixi | 23 aprel 1989 (94 yaşında) |
| Vəfat yeri |
|
| Vətəndaşlıq |
|
| Mənsubiyyəti | Türkiyə Silahlı Qüvvələri |
| Atası | Hacı İlyas Sarıkərimli |
| Hərbi fəaliyyəti | |
| Xidmət illəri | 1912 – 1951 |
| Rütbə | general-polkovnik |
| İstefada | 1951 |
Haqqında məlumatlar
1889-cu ildə Nuxada (indiki Şəki) anadan olub.
1905-ci ildə ailəsi ilə Türkiyəyə köçüb.
Təhsili
1905-ci ilədək Nuxa rus-tatar məktəbində və Nuxa gimnaziyasında təhsil alıb.
1905-ci ildən sonra Bursa hərbi məktəbini (Rüşdiyyə) və “İşıqlar” hərbi liseyini bitirib.
1909 – 1912-ci illərdə İstanbul hərbi akademiyasında təhsil alıb.
Hərbçi və əmək fəaliyyəti
1912-ci ildən sonra müxtəlif bölgələrdə topçu zabit kimi xidmət göstərib.
1946-cı ildə general–polkovnik rütbəsi alıb.
1948-ci ildən Türkiyə müdafiə nazirinin müavini olub.
1949-cu ilin sonunda üçüncü ordu komandanı təyin edilib.
1950 – 1951-ci illərdə Türkiyə Milli Təhlükəsizlik Təşkilatının baş katibi vəzifəsində çalışıb.
Vəfatı
23 aprel 1989-cu il tarixdə – 94 yaşında, İstanbulda vəfat edib.
Ədəbiyyat
- Bərköz Mahmud Nuri Hacı İsmayıl oğlu Sarıkərimli // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 25 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2015. —VI c. — Səh. 596-597. — ISBN 978-9952-441-11-6.
Bildiriş
© 2019 – 2026 AZE.WIKI |