Bayram Salamov

Vaqif Kərimov (müzakirə | redaktələr) tərəfindən edilmiş 19:23, 26 aprel 2020 tarixli redaktə

Bayram Salmanov - azərbaycanlı Rusiya rəssamı, Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının və Beynəlxalq Rəssamlar Federasiyasının üzvü.

Bayram Salmanov
Bayram Salmanov
Doğum tarixi 1965-ci il
Doğum yeri Qoxmuq kəndi, Şəki rayonu, Azərbaycan SSR
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ Rusiya
Təhsili Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi
Janrı Rəssamlıq

Həyatı

Bayram Salmanov 1965-ci ildə Şəkinin Qoxmuq kəndində anadan olub. 1986-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib.

1990-cı ildən Rusiyanın Tolyatti şəhərində yaşayan Bayram Salmanov bir çox mükafatlara layiq görülüb. Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının və Beynəlxalq Rəssamalr Federasiyasının üzvüdür. 2014-cü ilə qədər onun rəsm əsərlərinin sərgisi Praqada, Berlində, Limasolda, Parisdə və Moskvada, 2014-cü ildə isə Bakıda təşkil olunub[1].

4 noyabr 2014-cü ildə Bayram Salmanovun Bakıda impressinizm üslubunda yaratdığı rəsm əsərlərinin sərgisi keçirilib[1].

Şəkillər

İstinadlar