Valeri Hacıyev
Valeri Hacıyev (1941–2016) — tanınmış futbolçu, SSRİ idman ustası. SSRİ futbol çempionatının bir sıra mövsümlərində Bakının “Neftçi” komandasının mərkəz müdafiəçisi olaraq oynamış, 1966-cı ildə bu komandanın heyətində SRİ futbol çempionatının bürünc medalçısı olmuşdur.
| Valeri Hacıyev | |
|---|---|
| Valeri Hacıyev. | |
| Təvəllüdü | 9 avqust 1941 |
| Doğulduğu yer |
Bakı, |
| Vəfat tarixi | 8 yanvar 2016 (74 yaşında) |
| Vəfat yeri |
Bakı, |
| Vətəndaşlığı |
|
| Komandası |
• Neftyanik — 30 oyun, 1 qol (1959–1960) • OİK (Tbilisi) — ?, ? (1961–1963) • Neftçi — 132 oyun, 18 qol (1964–1968) • Dinami (Moskva) — 13 oyun, 0 qol (1969) |
| Karyera illəri | 1955 – 1972 |
| Boyu | 169 sm |
| Çəkisi | 63 |
| İdman növü | futbol |
Haqqında əlavə məlumatlar
9 avqust 1941-ci il tarixdə Bakının Razin qəsəbəsində (indiki Bakıxanov) anadan olub. Əslən şəkilidir, atası Nizami Hacıyev Nuxadan (indiki Şəki) Bakıya köçmüşdür.
8 yanvar 2016-cı il tarixdə – 74 yaşında, Bakıda vəfat edib. Bakıda Bakıxanov qəsəbəsinin qəbiristanlığında dəfn olunub.