Akif Mahmudov
Akif Mahmudov (1952–2021) — tanınmış pedaqoq, azərbaycan dili və ədəbiyyatı müəllimi. Uzun müddət Şəki şəhər 10 №-li orta məktəbində və Şəki Pedaqoji Kollecində dərs demişdir. Ədəbi-bədii yaradıcılıqla da məşğul olub.
| Akif Mahmudov | |
|---|---|
| Mahmudov Akif Məmməd oğlu | |
| Akif Mahmudov | |
| Akif Mahmudov. | |
| Anadan olub | 18 dekabr 1952 |
| Anadan olduğu yer |
Aşağı Şabalıd, Nuxa (indiki Şəki) rayonu, |
| Vəfat edib | 1 dekabr 2021 (68 yaşında) |
| Vəfat etdiyi yer |
Şəki, |
| Dəfn yeri | Dovşan düzü qəbiristanlığı, Şəki |
| Həyat yoldaşı | Mahmudova Mətanət Mustafa qızı |
| Övladları | Vüsalə, Nuranə, Aynurə və Vasif |
| Vətəndaşlıq |
|
| Təhsili |
• Şəki Pedaqoji Məktəbi (1969–1971) • V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, qiyabi (1975–1980) |
Haqqında məlumatlar
18 dekabr 1952-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Aşağı Şabalıd kəndində pedaqoq ailəsində anadan olub.
Təhsili
1959 – 1967-ci illərdə Aşağı Şabalıd kənd səkkizillik məktəbində,
1967 – 1969-cu illərdə M.Qorki adına Nuxa/Şəki şəhər 10 №-li orta məktəbində,
1969 – 1970 və 1973 – 1974-cü illərdə Şəki Pedaqoji Məktəbində,
1975 – 1980-cı illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.
Hərbi xidmət
1970 – 1972-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti
2015-ci ildə əmək təqaüdünə çıxanadək Şəki şəhər 10 №-li orta məktəbində və Şəki Pedaqoji Kollecində azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyib.
Ədəbi-bədii yaradıcılığı
2001-ci ildən şeirlərini dövri-mətbuatda çap etdirməyə başlayıb.
2009-cu ildə “Sevmək olmaz” adlı şeir kitabını çap etdirib.
Vəfatı
1 dekabr 2021-ci il tarixdə – 68 yaşında, Şəkidə vəfat edib. Şəkidə Dovşan düzü qəbiristanlığında dəfn olunub.
Ədəbiyyat
- Orsər R. Akif Mahmudov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 555-558. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
Bildiriş
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |