Taleh Səlimli

Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 14:04, 5 fevral 2024 tarixli redaktə

Taleh Səlimli — peşəkar rəssam və memar-dizayner.

Taleh Səlimli
Səlimli Taleh Valid oğlu
Taleh Səlimli
Taleh Səlimli.
Doğum tarixi 15 aprel 1971 (1971-04-15) (55 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ→ Azərbaycan
Təhsili

 • Əzim Əzimzadə adına rəssamlıq texnikumu, bədii tərtibat şöbəsi (1986-1990)

 • Ə.Hüseyinzadə adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, rəssamlıq fakültəsi (1990–1996)
facebook səhifəsi

Haqqında məlumatlar

15 aprel 1971-ci il tarixdə Bakıda anadan olub.

Təhsili

1986-cı ildə Şəki şəhər 20 №-li orta məktəbinin 8-ci sinfini bitirib.

1986 – 1990-cı illərdə Əzim Əzimzadə adına rəssamlıq texnikumunun bədii tərtibat şöbəsində,

1990 – 1996-cı illərdə Ə.Hüseyinzadə adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.

Yaradıcılığı

1996-cı ildən Azərbaycan Dövlət Rəssamlar ittifaqının üzvüdür.

1996 – 2000-ci illərdə əvvəl bir müddət tərtibatçı-rəssam olaraq Türkiyədə çalışıb. Efes muzeyində, sonra Kuşadasında keçirilən sərgilərdə iştirak edib. Daha sonra əmək fəaliyyətini və yaradıcılığını Almaniyada davam etdirib. Berlində və Almaniyanın başqa bölgələrində tarixi binaların klassik elementlərinin bərpası, klassik freskaların bərpası işi ilə məşğul olub.

2000-ci ildən Azərbaycanda rəssamlıq, memarlıq və dizayn fəaliyyəti ilə məşğuldur.

Bildiriş