Hüseyn Qarayev
Hüseyn Qarayev (1884–1944) — sovet dövrünün ilk onilliklərində Nuxanın tanınmış ziyalılarından biri olmuş şəxs. Pedaqoji sahə ilə yanaşı ədəbi-bədii fəaliyyətlə də məşğul idi.
| Hüseyn Qarayev | |
|---|---|
| Qarayev Hüseyn Hacı İshaq əfəndi oğlu | |
| Hüseyn Qarayev. | |
| İlk adı | Hüseyn Əfəndizadə |
| Təxəllüsü | Hüseyn Kişli |
| Anadan olub | 1884 |
| Anadan olduğu yer |
Kiş, Nuxa qəzası, |
| Vəfat edib | 1944 (60 yaşında) |
| Vəfat etdiyi yer |
Nuxa, |
| Dəfn yeri | Kiş kənd qəbiristanlığı |
| Təhsili | Azərbaycan Pedaqoji İnstitutu |
Haqqında məlumatlar
1884-cü ildə Nuxa qəzasının Kiş kəndində anadan olub.
Təhsili
İlk təhsilini atası Hacı İshaq Əfəndidən alıb. Sonra təhsilini İstanbulda davam etdirib. Daha sonra isə Azərbaycan Pedaqoji İnstitutunu bitirib.
Əmək fəaliyyəti
1930-cu illərdə Nuxada fəaliyyətə başlamış Sənaye Texnikumunun, sonralar isə Nuxa 5 №-li məktəbin direktoru olub. Müxtəlif illərdə Nuxa Pedaqoji Texnikumunda dərs deyib.
Ədəbi-bədii yaradıcılığı
Hekayələr, dini-ruhani risalələr, seirlər yazıb və dövri-mətbuatda çap etdirib. 4 şeiri isə 2018-ci ildə Ramiz Orsərin “Şəkidən gələn səslər” toplusunda çap olunub.
Vəfatı
1944-cü ildə – 60 yaşında vəfat edib. Kiş kənd qəbiristanlığında dəfn olunub.
Ədəbiyyat
- Orsər R. Hüseyn Kişli // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 159-162. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
Bildiriş
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |