Rasif Abdullayev
Rasif Abdullayev (1948–2021) — tanınmış musiqiçi pedaqoq və muğam ifaçısı. Gənc xanəndələrin yetişməsində xidmətləri olub.
| Rasif Abdullayev | |
|---|---|
| Abdullayev Rasif Əhmədiyə oğlu | |
| Rasif Abdullayev. | |
| Şəxsi məlumatlar | |
| Təvəllüdü | 1 yanvar 1948 |
| Anadan olduğu yer |
Baş Küngüt, Nuxa (indiki Şəki) rayonu, |
| Vəfatı | 20 noyabr 2021 (73 yaşında) |
| Vəfat yeri |
Şəki, |
| Dəfn yeri |
Dövşan düzü qəbiristanlığı, Şəki, |
| Vətəndaşlığı |
|
| Həyat yoldaşı | Səmayə Əhmədova |
| Uşağı | Elnur Abdullayev |
| Anası | Məhruzə Qaffarova |
| Təhsili | Şəki Musiqi Texnikumu (1969–1973) |
Haqqında məlumatlar
1 yanvar 1948-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Küngüt kəndində anadan olub.
Təhsili
1959 – 1963-cü illərdə Nuxa şəhər 1 №-li internat məktəbində,
1963 – 1966-cı illərdə Bakıda musiqi təmayüllü internat məktəbdə,
1969 – 1973-cü illərdə Şəki Musiqi Texnikumunda təhsil alıb.
Əmək və musiqiçi fəaliyyəti
1963 – 1966-cı illərdə Bakıda musiqi təmayüllü internat məktəbdə təhsil alarkən məktəbin bədii özfəaliyyət kollektivinin ən fəal üzvlərindən biri olub.
1966 – 1968-cı illərdə Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasınında tarzən Əliağa Quliyevin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında çıxış edib. Məşhur xanəndələrlə birlikdə Azərbaycanın bir sıra şəhər və rayonlarına qastrol səfərlərinə gedib.
1973 – 1976-cı illərdə Şəki rayonunun Orta Zəyzid kənd mədəniyyət evində əvvəl bədii rəhbər, sonra isə müdir,
1975 – 2012-ci illərdə Şəki musiqi texnikumunda muğam müəllimi vəzifəsində çalışıb.
Vəfatı
20 noyabr 2021-ci il tarixdə Şəkidə Salman Mümtaz küçəsini piyada keçərkən qarşıdan gələn avtomobilin vurması nəticəsində 72 yaşında həlak olub. Dovşan düzü qəbiristanlığında dəfn edilib.
Ədəbiyyat
- Təhmirazqızı S. Rasif Abdullayev // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı: 224. — Səh.: 202. — 300 nüsx.
Videolar
Bildiriş
© 2019 – 2026 AZE.WIKI |