Seyfulla paşa

Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 04:25, 22 yanvar 2025 tarixli redaktə

Seyfulla paşa (1852–1909) — Osmanlı ordusunun general-leytenantı. Aeroplanı 500 metr hündürlüyə qaldırmış ilk türk sınaqçı-təyyarəçisidir.

Seyfulla paşa Dağıstanlı
Seyfulla paşa Dağıstanlı
Təvəllüdü 1852(1852-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğulduğu yer İlisu
Vəfat tarixi 8 mart 1909 (57 yaşında)
Uşağı Firdovsi
Hərbi fəaliyyəti
Rütbə general-leytenant

Haqqında məlumatlar

Fayl:Seyfulla paşa.jpeg
Seyfulla paşanın ehtimal edilən şəkli.

1852-сi ildə İlisuda anadan olub.

18 yaşında atası və iki qardaşı kimi İstanbula mühacirət edib.

Təhsili

Tiflis gimnaziyasını bitirib.

Hərbçi fəaliyyəti

1873-cü ildən Osmanlı ordusunun əməliyyatlarında iştirak etməyə başlayıb.

1877 – 1878-ci illərdə rus-türk müharibəsində hərbi kəşfiyyatçı zabit olub.

1885-ci ildə ovçu adı altında Yunanıstanda (Afinaya yaxın) strateji məqsədlər üçün məlumatlar toplayıb.Daha sonra Türk ordusunun Balkan əməliyyatlarında iştirak edib və general rütbəsi alıb.

Ailəsi

Atası

Hacı ağa Məhəmməd Hasib bəy Nəcəf bəy oğlu 1850-ci illərin əvvəllərində rus ordusunun polkovniki idi. Lev Tolstoyun “Hacı Murad” romanında onun adı Hacı Muradın başını kəsən şəxs kimi çəkilir. 1864-cü ildə Qafqaza səyahətə çıxmış rus çarı II Aleksandr Qaxdan keçərkən səhər yeməyi üçün onun evinə düşmüşdür. 1868-ci ildə Hacı ağa, oğlu Adı-Qorkli bəy ilə İstanbula mühacirət etmişdir. 1879-сu ildə orada vəfat edib və Qaraca Əhməd qəbiristanlığında dəfn olunub.

Anası

Mövzu üzrə tədqiqat işlərində anası ilə bağlı heç nə qeyd edilməsə də, bəzi məlumatlara əsasən ehtimal etmək olar ki, anası İsmayıl xanın qızı Səkinə bəyimdir. Lakin bu yalnız ehtimal olaraq qalır və təsdiqlənməsinə ehtiyac var.

Qardaşları

Məhəmməd xan. 1858-ci ildə Aleksandr Düma Nuxada olarkən Məhəmməd xanla görüşmüş, onun mayor rütbəsində olduğunu, sinəsində “Georgi xaçı” ordeni gəzdirdiyini, onun Şəkinin axırıncı xanının nəvəsi, Danial sultanın isə bacısı oğlu olduğunu öz kitabında qeyd etmişdir[1]. 1860-cı illərdə leyb-kazak polkunun polkovniki idi. Danial sultanın boşanmış qızı Nanə xanımı almışdı. Türkiyəyə mühacirət etdikdən sonra “Mehmet paşa Dağıstanlı”, “Mehmet paşa Müxlis” adları ilə tanınıb və türk ordusunun general-leytenantı olub. 22 fevral 1896-cı il tarixdə vəfat edib. Qaraca Əhməd qəbiristanlığında dəfn olunub. Ölümündən bir ay keçməmiş – 15 mart 1796-cı il tarixdə, həyat yoldaşı Firdovs də vəfat edib və ərinin qəbrinin yanında dəfn olunub. Oğlanları Cəfər isə onlardan 4-5 il əvvəl vəfat etmişir.

Adı-Kurklu 1868-ci ildə atası Hacı ağa ilə İstanbula mühacirət edib.

Məhəmmədsadıq 1839-cu ildə anadan olub. O, da atası və iki qardaşı kimi İstanbula mühacirət edib.

Övladı

Qızı Firdovs Nuxada yaşayan qardaşı oğlu Ədilxana ərə gedib. Lakin qısamüddətli evlilikdən sonra o, boşanaraq Türkiyəyə qayıdıb və Ədilxandan doğduğu qızı Firdovsini də özü ilə Türkiyəyə aparıb[qeyd 1]. Firdovsi Türkiyədə Səlim adlı şəxslə ailə qurub. Müxlis Tünçay adlı oğlanları və Qədim Tünçay adlı qızları doğulub. Qədim Tünçay yuqoslaviyalı müsəlmana ərə gedib.

Digər

Şeyx Şamilin Anadoluda yaşayan qohumları ilə yaxın münasibətlərə malik idi.

Qeydlər

  1. ↑ Bir məlumata görə 1960-cı illərdə bir dəfə Kirovabada (indiki Gəncə) gəlmiş və atası ilə görüşmüş (İlisu (ensiklopedik məlumat kitabı), 2012, s. 336), digər məlumata görə isə 1963-cü ildə atası ilə görüşmək istəmiş, amma icazə ala bilməmişdir (ŞMASL, 2-ci kitab, 2009, s. 216).

İstinadlar


Ədəbiyyat

  1. Ссылка // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1873. — Т. V. — С. 1121. — ISBN 978-5-458-67810-0.
  2. Айтберов Т.М., Хапизов Ш.М. Елису и Горный магал в ХII–ХIХ вв. (очерки истории и ономастики). — Махачкала, 2011. — 390 с. — ISBN 978-5-905784-42-2. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 Dec 2022 - 24 Dec 2024.
  3. О жизни и семье Хаджиги Елисуйского : [arx. 23 Dec 2013 - 2 Oct 2018] : [rus.] // mkala.mk.ru. — Müraciət tarixi: 21.01.2025.
  4. Ədilxan İlisuyski (1888–1970) // İlisu (ensiklopedik məlumat kitabı) / Murtuzayev S.M. (tərtibçi). — İkinci nəşr. — Bakı: Vətən, 2012. — Səhifələrin sayı:  416. — Səh.: 334 – 336. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 yanvar 2024.
  5. Düma A. Qafqaz səfəri. — Qanun, 2014. — Səh.: 162 – 163. — ISBN 978-9952-26-792-1.