Vaqif Mustafayev
Vaqif Mustafayev (1952–2025) — tanınmış musiqiçi-pedaqoq. 10 ildən çox müddət ərzində Şəki şəhər 4 saylı uşaq musiqi məktəbində müəllim işləmişdir.
| Vaqif Mustafayev | |
|---|---|
| Mustafayev Vaqif | |
| Vaqif Mustafayev. | |
| Şəxsi məlumatlar | |
| Təvəllüdü | 8 yanvar 1952 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfatı | 31 yanvar 2025 (73 yaşında) |
|
|
|
| Musiqi alətləri | tar, saz və gitara |
| Təhsili | Şəki Musiqi Texnikumu (1971; 1974–1977) |
| facebook səhifəsi | |
Haqqında məlumatlar
8 yanvar 1952-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Hərbi xidmət
1971 – 1973-cü illərdə həqiqi hərbi xidmətdə olub.
Təhsili
1977-ci ildə Şəki Musiqi Texnikumunu bitirib.
Əmək və musiqiçi fəaliyyəti
1974 – 1976-cı illərdə Şəkidə fəaliyyət göstərmiş “İpəkçi” ansamblının (Şəki ipək kombinatı) yaradılmasında yaxından iştirak edib və onun tərkibində müxtəlif yerlərdə (ipək kombinatı, Marxal, “Səadət” pioner düşərgəsi və s.) təşkil olunmuş bayram şənliklərində, konsertlərdə gitara çalıb.
2001 – 2004-cü illərdə Rusiya Federasiyasının Tümen vilayətində “Şahdağ” ansamblında həm tar, həm saz və həm də gitara çalıb.
2004 – 2017-ci illərdə Şəki şəhər 4 saylı uşaq musiqi məktəbində müəllim işləyib.
2017-ci ildən əmək təqaüdündə idi. Bununla yanaşı, uşaqlara tar, saz və gitarada özəl dərslər keçirdi.
Vəfatı
31 yanvar 2025-ci il tarixdə – 73 yaşında, Şəkidə vəfat edib.
Həmçinin, bax:
Bildiriş
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |