Alik Mirzoyev

Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 21:17, 8 dekabr 2025 tarixli redaktə

Alik Mirzoyev (1946–2017) — tanınmış peşəkar heykəltəraş-bərpaçı, həvəskar şair, Odessa (Ukrayna) Marinistlər Cəmiyyətin vitse-prezidenti.

Alik Mirziyev
Mirziyev Alik Ələvsər oğlu
rus.: Алик Мирзоев
Alik Mirziyev
Alik Mirzoyev.
Doğum tarixi 12 noyabr 1946(1946-11-12)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 2 dekabr 2017 (71 yaşında)
Vətəndaşlığı SSRİ → Ukrayna
Təhsili

 • M.B.Qrekova adına Odessa Rəssamlıq Məktəbi (1970–)

 • K.D.Uşinski adına Cənubi Ukrayna Milli Padaqoji Universiteti, bədii qrafika fakültəsi (1980–)
Atası Mirzoyev Aləvsər Baba oğlu
Anası Burnazaki Vera İvanovna

Haqqında məlumatlar

12 noyabr 1946-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Odessa şəhər 36 nömrəli orta məktəbini bitirib.

1970-ci ildə M.B.Qrekova adına Odessa Rəssamlıq Məktəbinə daxil olub.

1980-ci ildən K.D.Uşinski adına Cənubi Ukrayna Milli Pedaqoji Universitetində təhsilini davam etdirib.

İctimai-siyasi aktivliyi

1994-cü ildə Odessa Marinistlər Cəmiyyətinə üzv qəbul edilib.

2004-cü ildən həmin cəmiyyətin vitse-prezidenti olub.

2004-cü ildən Odessada şəhərindəki Puşkinski küçəsi – 12 ünvanında “Odessa İncəsənət Həyəti” adlı layihəsini həyata keçirməyə başlayıb və burada incəsənət sərgiləri, uşaq rəsm müsabiqələri, incəsənət lotereyaları və digər şəhər bayramları keçirib.

Uzun müddət Odessada zədələnmiş və vandalizmə məruz qalmış heykəllərin bərpası işi ilə məşğul olub.

Vəfatı

2 dekabr 2017-ci il tarixdə – 71 yaşında, Odessada vəfat edib.

Ailəsi

Atası Ələvsər Babayev 1939 – 1941-ci ildə Bakı Opera Teatrının rəssamı olmuşdur. Anası Vera Burnazaki milliyyətcə yunan idi.

Ədəbiyyat

  1. Алик Мирзоев: Айболит, парикмахер, мастер маникюра – или просто человек, которому дорога Одесса (фото) : [arx. 12 May 2017 - 15 Aug 2024] : [rus.] // Громадсько-політична газета "СЛОВО". — 2015. — 19 ноября. — Müraciət tarixi: 08.12.2025.
  2. Алик Мирзоев : [rus.] // Эксклюзивные новости от Вячеслава Слисарчука. — 2023. — 22 июля. — Müraciət tarixi: 08.12.2025.

Bildiriş